Cevdet Yılmaz () – 2023-cü ildən Türkiyənin 2-ci Vitse-prezidenti vəzifəsini icra edən türk siyasətçisi. Əvvəllər AKP üzvü və Bingöldən millət vəkili olan Yılmaz 2023-cü il Prezident seçkilərindən sonra 3 iyun 2023-cü ildə prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən vitse-prezident təyin edilib.
Həyatı Gənclik illəri Zaza əsilli Cevdet Yılmaz 1 aprel 1967-ci ildə Bingöldə anadan olub. Atasının adı Kamal, anasının adı Fatmadır. Orta təhsilini 1983-cü ildə Bingöldə bitirib. Orta Doğu Texniki Universitetinin Dövlət İdarəçilik bölməsinin İqtisadiyyat və İdarəetmə fakültəsinə daxil olub və 1988-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. O, ABŞ-ın Denver Universitetində Beynəlxalq münasibətlər üzrə magistr, Bilkent Universitetində Siyasi Elmlər və Dövlət İdarəçiliyi üzrə doktorluq dərəcəsini bitirib.
İş və Akademik həyatı Cevdet Yılmaz 1989-cu ildə Dövlət Planlaşdırma Təşkilatında işə başlamışdır.Cevdet Yılmaz Biyografisi 1992-1994-cü illərdə ABŞ-a getmiş və Denver Universitetini Beynəlxalq Münasibətlər üzrə magistr dərəcəsi ilə bitirmişdir.
1995-2003-cü illərdə Dövlət Planlama Təşkilatında (DPT) Planlaşdırma mütəxəssisi vəzifəsində işləyərkən Bilkənd Universitetində Siyasi Elm və Dövlət İdarəçiliyi üzrə doktorantura təhsili almışdır. Onun doktorluq dissertasiyası 2003-cü ildə qəbul olunub. Həmin il o, bu qurumda Avropa İttifaqı ilə əlaqələr üzrə baş direktor vəzifəsinə təyin edilib.
Siyasi karyerası küçükresim|thumb|206x206px|İnkişaf naziri Cevdet Yılmaz, 2014 il Cevdet Yılmaz siyasi karyerasına AK Partiyada başlayıb. O, ilk dəfə 2007-ci il Türkiyə Parlament seçkilərində AK Partiya Bingöl millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinin 23-cü müddətinə daxil olub. Yılmaz Türkiyə - Avropa İttifaqı Birgə Parlament Komitəsinin üzvü və Parlamentlərarası İttifaqın (PAİ) Türk Qrupunun sədri olub. O, 2007, 2011, noyabr 2015 və 2018-ci il Türkiyə Parlament seçkilərində Ədalət və İnkişaf Partiyasından Bingöl, 2015-ci ilin iyununda isə Türkiyə Parlament seçkilərində Diyarbəkirdən Millət vəkili olaraq parlamentə daxil olub.
Cevdet Yılmaz 2011-ci ilin iyulundan 2016-cı ilin mayına qədər İnkişaf naziri, 2015-ci ilin avqustundan 2015-ci ilin noyabrınadək isə Baş nazirin müavini vəzifələrində çalışıb.
2016-cı ilin may ayında AK partiyanın Təbliğat və media əlaqələri üzrə məsul sədr müavini təyin edilib.Ömer Çelik, AK Parti Genel Başkan Yardımcılığı görevini Yılmaz'a devretti
2009-cu il mayın 1-də 60-cı Türkiyə hökumətinin Nazirlər Kabinetində dəyişiklik edilməsindən sonra Cevdet Yılmaz Dövlət naziri təyin edilib.
2011-ci il Parlament seçkilərində AK Partiyadan Bingöl təmsilçisi olaraq Cevdet Yılmaz yenidən parlamentə seçildi. Rəcəb Tayyib Ərdoğanın qurduğu 61-ci Türkiyə Hökumətində İnkişaf naziri vəzifəsində çalışıb.
Ərdoğan 2014-cü ildə Prezident seçilərkən hökuməti qurmaq vəzifəsi Əhməd Davudoğluna həvalə edilmişdi. Davudoğlunun 29 avqust 2014-cü ildə qurduğu 62-ci Türkiyə hökumətində Yılmaz İnkişaf naziri vəzifəsini icra edib.
Cevdət Yılmaz 2015-ci ilin iyununda Türkiyədə keçirilən Parlament seçkilərində Diyarbəkiri təmsil edən millət vəkili kimi parlamentə daxil olub. Həmin seçkilərdə heç bir partiya təkbaşına hökumət qurmaq üçün lazımi sayda mandat əldə etmədikdə və koalisiya danışıqları nəticə vermədikdə, növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edildi. Avqustun 28-də Davudoğlunun rəhbərliyi ilə qurulan hökumətdə Yılmaz Baş nazirin müavini təyin edildi.İşte Geçici Seçim Hükümeti O, 2015-ci il noyabrın 24-dək bu vəzifədə idi.
Cevdet Yılmaz 2015-ci ilin noyabrında Türkiyədə keçirilən ümumi seçkilərdə Bingöldən nümayəndə kimi parlamentə daxil olub.
3 iyun 2023-cü ildə prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Türkiyənin Vitse-prezident təyin edilibCumhurbaşkanı Yardımcımız Cevdet Yılmaz, görevi Fuat Oktay'dan devraldı və hazırda bu vəzifədədir.
Şəxsi həyatı Cevdet Yılmaz doğma zaza dili ilə yanaşı ingilis, kürd və türk dillərini bilir. Evlidir, iki uşaq atasıdır.
Filmoqrafiyası 2022-ci ildə "Ali Çevlik" filmində Cevdet Yılmaz bürokratik maneələrlə üzləşən boksçuya dəstəkçi olan siyasətçi kimi qısa səhnədə özünü oynayıb.Cumhurbaşkanı Yardımcısı Cevdet Yılmaz oyunculuk da yapmış: İşte Zazaca konuştuğu sahne
İstinadlar
Xarici keçidlər Minister of Development official web site Bakanı Biography of Cevdet Yılmaz at the website of AK Party
Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:Türkiyə iş adamları Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Zazalar Kateqoriya:TBMM XXIII çağırış deputatları Kateqoriya:TBMM XXVI çağırış deputatları Kateqoriya:TBMM XXV çağırış deputatları Kateqoriya:Vitse-prezidentlər Kateqoriya:Türkiyə nazirləri