Zinaida Kiriyenko () — Rusiyanın xalq artisti.

Həyatı Zinaida Kiriyenko 1933-cü il iyulun 9-da Mahaçqalada anadan olub. 1958-ci ildə Sergey Gerasimov və Tamara Makarovadan təhsil aldığı VGİK-i bitirib. Zinaida Kiriyenko Lüdmila Qurçenko və Natalya Fateeva ilə sinif yoldaşı olub.

Kiriyenko 30-dan çox film və serialda rol alıb. Tamaşaçılar onun Sergey Gerasimovun "Sakit Don" filmindəki Nataşa rolunu xüsusilə xatırlayırlar. Kiriyenkonun məşhur rolları arasında “İnsanın taleyi”ndəki İrina, “Kazaklar”dakı Maryana, Yevgeni Matveyevin “Yer sevgisi” və “Tale” filmlərindəki Efrosinya Deryugina da var.

Kiriyenko müğənni kimi solo konsertlər də verib.

Təltifləri 1965-ci ildə aktrisa əməkdar artisti, 1977-ci ildə sovet kinosu sahəsindəki xidmətlərinə görə xalq artisti adını alıb. 1979-cu ildə SSRİ Dövlət Mükafatına layiq görülüb.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İnsultdan vəfat edənlər Kateqoriya:Rusiya aktrisaları Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Romans ifaçıları Kateqoriya:Rusiya teatr aktrisaları Kateqoriya:XXI əsr aktrisaları