Pəri Miniatür (tam adı: Pərinisə Fazil qızı Əsgərova; ) — Azərbaycanın miniatürcü rəssamı, klassik Təbriz miniatür məktəbinin davamçısı, 1000-dən çox əsərin müəllifi, Azərbaycan Rəssamlar İttifaqının üzvü.
Həyatı və təhsili Pəri Miniatür 1976-cı il oktyabrın 16-da Naxçıvan MR-nın Babək rayonunda anadan olub. 1983-cü ildə Babək rayonu Təzəkənd orta məktəbində ibtidai təhsilini alan rəssam 1993-cü ildə orta təhsilini başa vurmuşdur. 1981–1991-ci illərdə rəngkarlıq, qrafika, heykəltaraşlıq, sənətşünaslıq ixtisasları, habelə teatr, kino, kulturologiya və bədii sənaye incəsənəti üzrə bir sıra yeni ixtisasların açıldığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 1993–1997-ci illərdə ali təhsilini almışdır.
Pəri Miniatür 2013-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Fəaliyyəti 2020-ci ildə Azərbaycan, Türkiyə, İran və Özbəkistanın ortaq qeyri-maddi mədəni irsi olaraq UNESCO-da qeydiyyata alınmış miniatür sənətinin layiqli davamçılarından biri də Pəri Miniatürdür.Ədalət Bayramoğlunun Atatürk mövzulu lövhələri Universitet illərində müəlliminin köməyi ilə miniatür xalça sisteminin incəliklərini öyrənən rəssam miniatür sənətini seçib.
Pəri Miniatürün müxtəlif illərdə Azərbaycanda, həmçinin bir çox ölkələrdə bir sıra beynəlxalq sərgiləri keçirilmiş və o, keçirilən bir çox beynəlxalq sərgilərin də iştirakçısı olmuşdur: 2000-ci ildə Türkiyədə fərdi sərgisi keçirilb. 2012-ci ildə "Creative Center"də fərdi sərgisi keçirilib. 2013-cü ildə "Azerbaijan Art Festival-2013" layihəsinin iştirakçısı olmuşdur. 2013-cü ildə "Döyüşçü rəssamların I Respublika sərgisi" iştirakçısı olmuşdur. 2013-cü ildə "Xətai Sənət Mərkəzin" də miniatür sərgi iştirakçısı olub. 2014-cü ildə "Traditional Arts/Evolution" sərgi iştirakçısı olub. 2016-cı ildə İstanbul "Uluslararası 12. Geleneksel Sanatçılar Buluşması" adlı festival sərgi işirakçısı olub. 2016-cı ildə Bakı Beynəlxalq Multikulturalizim Mərkəzində "Azərbaycan Ədəbi-Bədii Qaynaqları" layihəsinin iştirakçısı olub. 2018-ci ildə İstanbulda "Klassik və modern miniatür" fərdi sərgisi keçirilmişdir. Sərgidə Pəri Miniatürün 31 işi nümayiş etdirilib. Sərgidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri İbrahim Kalın və ailəsi, yazıçı Cemil Meriçin qızı Ümit Meriç və başqa tanınmış simalar da iştirak ediblər. 2023-cü ildə Bakı Fotoqrafiya Evində (BFE) II Milli Qurama Festivalı çərçivəsində təşkil olunan “Qurama Art” sərgisində rəsmləri sərgilənmişdir.
2021-ci ildə Fransada çap edilən "Ghazals suivis de aphorismes" adlı kitabın illüstratoru olmuş Pəri Miniatür Beynəlxalq forum döş nişanı ilə də təltif edilmişdir.
Pəri Miniatürün sonuncu keçirilən "Rəngin eşqi" adlı fərdi sərgisi Rəssamlar İttifaqında Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının təşkilatçılığı baş tutmuşdur. Sərgidə rəssamın 130-dan çox əsəri nümayiş olunub.
Pəri Miniatür 30-a yaxın kitabın illüstratorudur.
2025-ci il 5-6 iyun tarixləri, Quba şəhərində "Quba Soyqırımı Memorial Kompleksi"nin təşkilatçılığı ilə baş tutan Gənc Etnoqrafların I Respublika Forumunun təqdimat rəsminin müəllifi Pəri Miniatürdür.
2026-cı il martın 16-17-də Lənkəran şəhərində "İcma, mədəniyyət və elmi əməkdaşlıq" mövzusuna həsr edilən Gənc Etnoqrafların II Respublika Forumunun təqdimat rəsmi və bu formun "Qədim Diyar" beynəlxalq elmi jurnalının üz qabığı rəsminin müəllifi də Pəri Miniatürdür.
Qalereya
Həmçinin bax Azərbaycanda miniatür sənəti
İstinadlar
Xarici keçidlər
Həyatın İçindən Aytən Rəhimlinin təqdimatında
Miniatürün bir günü Pəri Miniatür: Miniatür necə yaranır? Peri Miniatur Azerbaijan Art "WOMEN" "Miniatür sənəti" UNESCO siyahısında TƏHSİLLİ QADINLAR CƏMİYYƏTİ NURLANDIRIR. "QADIN GÜLƏRSƏ" VERİLİŞİ. 07.07.2023
Kateqoriya:Azərbaycanlı rəssamlar Kateqoriya:Azərbaycanın qadın rəssamları Kateqoriya:Azərbaycanlı miniatüristlər Kateqoriya:XXI əsr Azərbaycan rəssamları Kateqoriya:XX əsr Azərbaycan rəssamları