thumb|right|Osmanlı imperiyasında yaşamış yəhudi ravvin (1779). thumb|right|XVII əsrin ortalarında İstanbullu yəhudi qadının təsviri. Recueil de divers portraits des principales dames de la Porte du Grand Turc, (~1650) da yer alan ve yaradıcısı G.la Çapelle olan bir qravür. (hazırda Yerusəlimdəki İsrail Muzeyindədir). Türkiyədə yəhudilərin tarixi — yəhudilərin Anadoluda olduğu vaxt təxminən 2400 ili əhatə edir. Anadoluda yəhudi icmaları ən azı e.ə.V əsrdən bəri mövcud olmuşdu və Əlhambra qanunnaməsi ilə XV əsrin sonlarına doğru İspaniyadan qovulan İspan və Portuqal yəhudilərinin (Səfərad yəhudiləri) çoxu Osmanlı imperatorluğuna qəbul edilərək, Osmanlı yəhudilərinin əksəriyyətini təşkil etmişlər. Türk yəhudilərinin böyük əksəriyyəti bu gün İsraildə yaşasa da, müasir Türkiyə yəhudi icmalarına ev sahibliyi etməkdə davam edir. Tarixi thumb|right|Bet İsrail sinaqoqunda Aypara və ulduz rəmzli Menora Ege bölgəsindəki köhnə şəhər qazıntılarında tapılan bəzi xarabalıqlarda e.ə.IV əsrdə bölgədə yaşamış yəhudilərə aid məlumatlar və məskunlaşma yerlərinin mövcudluğu aşkar edilmişdir. Tarixçi Jozef Flavius məşhur mütəfəkkir Aristotelin "....Kiçik Asiyaya səyahətlərində fikir mübadiləsi apardığı yəhudilər haqqında ..." yazırdı.Josephus Flavius, Contra Apionem, 1-176 Anadolunun müxtəlif yerlərində, Ege bölgəsində (Sard, Afrodisias, Milet, Foça və s.), Bursa və Ankara ətrafında, Cənub-Şərqi Anadolu bölgəsində qədim yəhudi məskənlərinin qalıqları aşkar edilmişdir. İmperator Oktavian Avqust tərəfindən Kiçik Asiya yəhudilərinə verilən hüquqlar Ankara ətrafında tapılan tunc sütunun üzərində yazılmışdır. Roma və Bizans imperiyası dövrü Tövrata görə Nuhun gəmisi Ağrı dağının zirvəsinə endi. Əhdi-Cədiyə görə, Anadoludakı yəhudi əhalisi coğrafiyanın hər tərəfinə yayılmışdılar: İkoniumda (Konya) sinaqoq (Həvarilərin işləri 14:1) və Efesdə sinaqoq var idi (Həvarilərin işləri 19:1). Qalatiyalılara məktublarda Anadoluda yaşayan yəhudilərin olduğu bildirilir. Konkret dəlillərə görə, e.ə.IV əsrdə xüsusilə Manisada yəhudilərin olduğu məlumdur.

Sonrakı dövrdə Roma və Bizans imperiyalarının Anadoludakı ərazilərində əhəmiyyətli dərəcədə yunandilli yəhudi əhalisi var idi. Bu əhali cəmiyyətə yaxşı inteqrasiya olunmuşdu və müəyyən hüquqi müdafiələrdən istifadə edirdilər. Bizans imperatorlarının cəhdlərinə baxmayaraq, dövrün yəhudi əhalisi dinlərini dəyişdirmədilər.George Alexandrovič Ostrogorsky, History of the Byzantine State. Bizans döneminde Anadolu’da yaşayan Yahudilerin durumları, tarihçiler tarafından hâlâ araştırılmakta.For a sample of views, see J. Starr The Jews in the Byzantine Empire, 641–1204; S. Bowman, The Jews of Byzantium;, R. Jenkins Byzantium; Averil Cameron, "Byzantines and Jews: Recent Work on Early Byzantium", Byzantine and Modern Greek Studies 20 Bizans dövründə Anadoluda yaşayan yəhudilərin vəziyyəti hələ də tarixçilər tərəfindən araşdırılır. Bəzi dəlillərə baxmayaraq, Bizans imperiyasının sərhədlərində yaşayan yəhudilərin Qərbi Avropadakı yəhudilərdən daha yaxşı vəziyyətdə olduqlarına inanılır.The Oxford History of Byzantium, C. Mango (ed.) (2002)

Osmanlı imperiyası dövrü Osmanlı idarəsi ilə ilk əlaqəsi olan Bursadakı ilk sinaqoq Etz Ha-Hayim (Həyat Ağacı) 1324-cü ildə Osmanlı idarəsinə keçdi. Sinaqoq bu gün də fəaliyyətdədir, lakin Bursadakı yəhudilərin sayı 140-a qədər azalıb. Osmanlı imperiyasında yəhudilərin vəziyyəti Sultanın ixtiyarından asılı idi. Məsələn, III Murad qeyri-müsəlmanların itaətkar olmasını və səfalət içində yaşamasını istəyirdi. Onlara məscidlərin və hündür binaların yaxınlığında yaşamaq, qul saxlamaq qadağası qoyulmuşdu. Amma digər sultanlar daha tolerant idilər.M. J. Akbar, "The shade of swords: jihad and the conflict between Islam and Christianity", 2003, (p. 89) Türk hakimiyyəti altında ilk böyük hadisə imperatorun Konstantinopolu ilhaq etməsi oldu. Sultan II Mehmed Konstantinopolu ələ keçirdikdən sonra şəhər dağılmış vəziyyətdə idi. 1204-cü ildə səlibçilərin çoxsaylı mühasirələri və istilaları, 1347-ci ildə Qara ölümlə birgə şəhər əvvəlki şöhrətinin kölgəsi kimi idi.The Black Death , Channel 4 – History. Mehmed şəhəri paytaxt etmək istədiyi üçün şəhəri yenidən qurmaq qərarına gəldiInalcik, Halil. “The Policy of Mehmed II toward the Greek Population of Istanbul and the Byzantine Buildings of the City.” Dumbarton Oaks Papers 23, (1969): 229–249.pg236 və buna nail olmaq üçün imperiyanın hər yerindən müsəlman, xristian və yəhudilərin yeni paytaxta gəlmələri haqqında əmr verdi. Bir neçə ay ərzində Balkanlar (Romaniotlar) və Anadoludan çoxlu yəhudi Konstantinopolda məskunlaşdı.Avigdor Levy; The Jews of the Ottoman Empire, New Jersey, (1994) Onlar şəhərin ümumi əhalisinin 10%-ni təşkil edirdilər. Yeni üzvlər cəmiyyətin inkişafına xeyli təsir göstərmişdilər. 1421-1453-cü illər arasında Aşkenazi yəhudilərinin Osmanlı imperatorluğuna köçməsi ilə yerli yəhudi əhalinin sayı artdı. Bu Aşkenazi yəhudiləri arasında fransız əsilli, alman əsilli ravvin İsaq Sərfati də (ivrit dili צרפתי – Sarfati, fransız) var idi. Sərfati Ədirnənin baş ravvini olduqdan sonra Avropadakı yəhudilərə məktublar yazıb, onları Osmanlı imperatorluğuna yaşamağa dəvət etdi.B. Lewis, "The Jews of Islam", New York (1984), ss. 135 – 136

Yəhudilərin Anadoluya köçünün ən sıx olduğu dövr II Mehmeddən sonra gələn II Bəyazid (1481-1512) dövrünə təsadüf edib. İspaniya və Portuqaliyadan qovulan yəhudilər Sultanın rəsmi dəvəti ilə imperatorluqda məskunlaşdılar. 1492-ci ildə yəhudi-türk münasibətlərində əsas məqamlardan biri baş verdi. 1492-ci ildə yəhudi-türk münasibətlərində əsas məqamlardan biri baş verdi. İspaniyadakı inkvizisiyadan qaçan 150.000 yəhudinin çoxu Osmanlı imperiyasında məskunlaşdı. Bu hadisə şəhər əhalisinin yenidən qurulması üçün mühüm əhəmiyyət kəsb edirdi, çünki Səlib yürüşləri zamanı və Qara ölüm səbəbindən əhalinin sayı 70.000-ə yaxın idi. Səfərad yəhudilərinin bəziləri də Salonikidə məskunlaşdılar. Gələn yəhudilərin Osmanlı imperiyasına çox böyük faydası oldu. Müsəlman türklər kommersiya təşəbbüsləri ilə o qədər də maraqlanmırdıqları üçün təbii olaraq ticarət işlərini azlıq qruplarının ixtiyarına buraxırdılar. Bundan əlavə, müsəlman türklər xristianlara etibar etmədikləri üçün alış-verişdə yəhudilərə üstünlük verirdilər.H.Inalcik; The Ottoman Empire: The Classical Age 1300–1600, Phoenix Press, (2001) İspan yəhudilərinə imperiyanın zəngin şəhərlərində yaşamağa icazə verilirdi. Onlar daha çox Avropa şəhərlərinə (İstanbul, Sarayevo, Saloniki kimi), Qərbi və Şimali Anadolu şəhərlərinə (Bursa, Aydın, Tokat və Amasya) və Aralıq dənizi sahilindəki şəhərlərə (Qüds, Dəməşq və Misir) üstünlük verirdilər.

İzmir uzun müddət ispan yəhudiləri tərəfindən yaşayış yeri kimi istifadə edilməmişdir. Qüdsdəki yəhudi əhalisi 1488-ci ildəki 70 ailə artıq XVI əsrin əvvəllərində 1500-ə qədər artmışdı. Dəməşqdə 500 ailədən ibarət camaat var idi. İstanbulda isə 30 min yəhudi və 44 sinaqoq var idi. Bəyazid yəhudilərin Haliç sahilində yaşamasına icazə verdi. Misirin Qahirə şəhəri də öz qapılarını çoxlu sayda sürgün edilmiş yəhudiyə açdı. Salonikidə yəhudilər digər millətlərdən, dinlərdən və hətta ilkin yerli əhalidən çox idi və Saloniki Səfərad yəhudilərinin mərkəzinə çevrilmişdi. Onların Osmanlı imperiyası himayəsindəki vəziyyətləri hər nə qədər şişirdilmiş olsa da,B. Lewis, The Jews of Islam, PUP, (1987) 137–141 yəhudilərin tolerantlıqla yaşadığını inkar etmək olmaz. Millət sistemində yəhudilər digər xalqlarla (pravoslav milləti, erməni milləti və s.) öz dinləri ilə tanınan bir icma kimi yaşamışlar. Yəhudilərin işə götürülməsində heç bir məhdudiyyət yox idi. Digər qeyri-müsəlmanlar kimi, yəhudilər də xərac (vergi) ödəməli idilər və digər qeyri-müsəlmanlar kimi onların geyiminə, at sürməsinə, orduya getməsinə müəyyən məhdudiyyətlər qoyulsa da, bəzən bu cür qadağalar və məhdudiyyətlər diqqətdən kənarda qalırdı.D. Quataert, The Ottoman Empire, 1700–1922, CUP, 2005

Klassik Osmanlı dövründə (1300-1600) yəhudilər imperiyanın digər icmaları ilə birlikdə onlar da zəngin idilər. Digər Osmanlı ünsürlərini də nəzərə alan yəhudilər ticarət, diplomatiya və digər mühüm qurumlarda hakimiyyətə sahib idilər. Ərəblərlə yəhudilər arasında çox problem yox idi, lakin yəhudilərin özləri arasında birlik problemi var idi. Onlar Osmanlı imperatorluğuna bir çox fərqli yerlərdən öz adət-ənənələrini, fikir və mədəniyyətləri ilə gəldilər və gətirdiklərinə inadla bağlı qaldılar və fərqli icmalar yaratdılar.

Türkiyədə yəhudilərin tarixi XVIII-XIX əsrlərdə təsirini və gücünü itirmiş bir xronologiyaya çevrildi. Ticarətdə güclü mövqelərini yunanlara məğlub oldular.

Türkiyə Cümhuriyyəti dövrü XX əsrin əvvəllərində Osmanlı imperiyasında yəhudilərin sayı 200000-ə çatmışdı. 1829-1913-cü illər arasında yeni xristian Balkan dövlətlərinin itirdikləri torpaqlar bu rəqəmə təsir etdi. Türkiyənin XX əsrdəki problemli tarixi və 1923-cü ildən sonra imperiyadan müasir qərb milli dövlətinə çevrilməsi qalan azlıqların əhalisinə mənfi təsir göstərdi.

Yeni qurulan Türkiyə Cümhuriyyətində Osmanlı imperiyasının yarı muxtar daxildən təşkil olunmuş azlıq sistemi mövcud deyildi. Azlıq olub-olmamasından asılı olmayaraq, insanlar dinindən, dilindən, irqindən asılı olmayaraq birbaşa dövlətə bağlıdırlar. Bu vəziyyət qarşısında yəhudilərin muxtariyyəti yox idi və qanun qarşısında yəhudi türkləri ilə müsəlman türkləri ayırd edilmirdi.Mücahit Düzgün, Cumhuriyet'in İlanından İsrail'in Kuruluşuna Kadar Türkiye'deki Yahudiler Cümhuriyyətə keçid dövründə ortaya çıxan çətin mərhələlərdə türk yəhudiləri millətçilik anlayışının qarşısında deyil, yanında yer aldılar.Çetin Yetkin, Türkiye'nin Devlet Yaşamında Yahudiler, Afa yayınları, İstanbul 1992 s.241 Yeni qurulan bu dövləti türkləşdirmək cəhdləri dil çatışmazlığı olan azlıqlar üçün çətinliklər yaradırdı. Tədqiqatçı Mücahit Düzgünün fikrincə, bu, yəhudilərə qarşı sanksiya deyil, dövlətin yaradılması zamanı atılan zəruri addım idi. Dilin olmaması yəhudilərin siyasi və ictimai həyatına mane olacağı üçün yəhudi ziyalıları türkcənin yəhudi icmasında yayılması üçün səy göstərmiş, dərnəklər qurmuşdular. Yeni qurulan bu dövlətdə yəhudilərdə görülən xüsusiyyətlərdən biri də Atatürkə bağlılıqlarıdır. Türk yəhudisi olan məşhur yazıçı və siyasətçi Avram Qalanti məqalələrinin birində deyir:

Türk yəhudiləri 1922-1923-cü illər müharibələrində həmişə türklərə sadiq qalıblar. Yəhudi ziyalılarından David Fresko yəhudiləri daha da yaxşı vətəndaş olmağa və Türkiyəyə sədaqətlərini hər zaman davam etdirməyə dəvət edib:

1920-ci illərin əvvəllərində dövlətlə yəhudilər arasında sevgi və sədaqət qarşılıqlı idi; Cenevrə yəhudilərinin İsmət İnönü və türk heyətinin şərəfinə təşkil etdiyi ziyafətdə İnönü türk yəhudilərinin asayişi, işi, tərəqqini sevdiklərini bildirib.Avner Levi, Türkiye Cumhuriyeti'nde Yahudiler, İletişim yayınları, İstanbul 1996 Lozanna müqaviləsi imzalanıb azlıqlara yeni hüquqlar verilərkən yəhudi icmaları bu cür hüquqların Türkiyə dövlətinin haqqaniyyətinə zidd olacağına qərar verdilər və bu hüquqlardan imtina etdilər. Professor Mişon Ventura və hüquqşünas Kalev Qabay məsələnin hüquqi tərəflərini araşdırıb bu qərarı verdikdən sonra yəhudilərin bu cürə yanaşmasını İsmət Paşaya açıqladılar. İsmət Paşa da öz növbəsində məmnunluğunu bildirdi.Moşe Sevilla-Şaron, Türkiye Yahudileri, İletişim yayınları, İstanbul 1993 s.101

1933-cü ildə nasist Almaniyası ari olmayan dövlət qulluqçularının məcburi işdən çıxarılması haqqında qanun qəbul etdi. Bu qanunla yəhudi alimlər də işlərindən qovuldular. Albert Eynşteynin başçılıq etdiyi işsiz alimlər İsveçrədə birlik yaratdılar. Dərnəyin sözçüsü professor Şvarts Türkiyənin Milli Təhsil naziri ilə görüşüb və 34 yəhudi alimini Türkiyənin bir sıra universitetlərində, xüsusən də İstanbul Universitetində işlə təmin edə bilib.Klaus-Derlev GROTHUSEN, 1933 Yılından Sonra Alman Bilim Adamlarının Türkiye'ye göçü, Belleten, sayi 180 T.T.K Ankara s.537