Stiven Qrover Klivlend (ing. Stephen Grover Cleveland; 18 mart 1837, Kolduel, Nyu-Cersi, ABŞ — 24 iyun 1908, Prinston, Nyu-Cersi, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 22-ci və 24-cü prezidenti (1885–1889, 1893–1897). Prezident vəzifəsini fasiləylə iki dəfə tutmuş yeganə şəxsdir.
Klivlend həmçinin, respublikaçıların tam ağalığı ilə keçən 1860–1912-ci illər aralığında Demokratlar partiyasından seçilmiş yeganə ABŞ Prezidentidir.
1928–1946-cı illərdə çap olunan 1000 dollarlıq əskinasın üzərində Qrover Klivlendin portreti təsvir olunmuşdu. thumb|center|240px|1000 ABŞ dolları
Maraqlı faktlar Qrover Klivlend Ağ Evdə evlənmiş yeganə ABŞ prezidentidir. O, birinci prezidentlik dövründə, 1886-cı ilin iyununda Ağ Evin Mavi Zalında 21 yaşlı Fransez Folsomla ailə həyatı qurmuşdur.
Həmçinin bax Amerika Birləşmiş Ştatları prezidentlərinin siyahısı
İstinadlar
Kateqoriya:ABŞ prezidentləri Kateqoriya:ABŞ siyasətçiləri Kateqoriya:Demokrat Partiyasının üzvləri (ABŞ) Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1892) Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1888) Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1884) Kateqoriya:ABŞ presviterianları Kateqoriya:XIX əsr siyasətçiləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ hüquqşünasları