Dağlıq Qarabağ Respublikasının müstəqilliyi haqqında referendum — Dağlıq Qarabağın Azərbaycandan müstəqilliyi haqqında 10 dekabr 1991-ci ildə keçirilmiş referendumdur. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) və ona bitişik Şaumyan rayonu ərazisində baş tutmuşdur. Bu sualı verilmişdir:

Seçicilərin 99,89%-i respublikanın müstəqilliyinin lehinə səs vermişdir. Bu, Dağlıq Qarabağın azərbaycanlı əhalisi tərəfindən boykot edilmişdi. Onlar 1989-cu ildə keçmiş DQMV əhalisinin təxminən 21%-ni təşkil edirdilər.Всесоюзная перепись населения 1989 года. Распределение городского и сельского населения областей республик СССР по полу и национальности Демоскоп Referendum Azərbaycan Respublikasının razılığı olmadan keçirilmiş və BMT-yə üzv dövlətlər tərəfindən beynəlxalq səviyyədə tanınmamışdı.

Referendumun hazırlanması, keçirilməsi və nəticələrinin yekunlaşdırılması "Dağlıq Qarabağ Respublikasının referendumunun keçirilməsi haqqında müvəqqəti əsasnamə"yə uyğun olaraq həyata keçirilmişdi. Əsasnaməyə görə, seçicilərin ən azı 2/3-ü 50%-dən az olmayaraq onun lehinə səs verərsə, qərar qəbul edilmiş sayılır.

Səsvermə bülletenlərində erməni, azərbaycan və rus dillərində sual, həmçinin "" və "" sözləri (arzuolunmazların üstündən xətt çəkilməlidir) var idi.

Qeydlər

İstinadlar

Xarici keçidlər Berg-Karabach (Aserbeidschan), 10. Dezember 1991 : Unabhängigkeit — Direct Democracy МИД Нагорного Карабаха. Референдум.

Kateqoriya:SSRİ-də referendumlar Kateqoriya:Azərbaycanda referendumlar Kateqoriya:Azərbaycanda separatizm Kateqoriya:Qarabağ münaqişəsi Kateqoriya:1991-ci ildə referendumlar Kateqoriya:Müstəqillik referendumları Kateqoriya:Dağlıq Qarabağ Muxtar Vilayəti