Qədim azərbaycanca və ya Qədim Azərbaycan türkcəsi — Azərbaycan dilinin başlanğıc dövrü.
Tarixi Türkoloq və etnoqraf N. A. Baskakov Azərbaycan ədəbi dilinin inkişaf tarixini üç mərhələyə bölür, XIV–XVI əsrləri ədəbiyyatda fars dilinin istifadə edildiyi və ərəb və fars sözləri ilə zəngin olan qədim Azərbaycan dilinin inkişaf etdiyi dövr hesab edir.Баскаков Н. А. Тюркские языки. — М.: Издательство восточной литературы, 1960. — С. 140. Məmməd Arif isə qədim Azərbaycan dilinin inkişafa başlaması dövrünü XIII–XVI əsrlər hesab edir.The Modern Encyclopedia of East Slavic, Baltic, and Eurasian Literatures (англ.) / Edited by Harry Weber. — Gulf Breeze: Academic International Press, 1978. — Vol. II. — P. 13. — 246 p.
Qədim Anadolu türkçəsi adlandırılan dildə yazılmış mətnləri qədim Azərbaycan dilində hesab etmək, həmçinin ilkin azərbaycanca mətnləri erkən Osmanlı ədəbiyyatının bir hissəsi saymaq mümkündür.Lars Johanson, Éva Ágnes Csató Johanson, "The Turkic Languages", p. 248
Çərkəzi alim Əbu İshaq Sələbinin peyğəmbərlərin tarixinə aid "Ərais əl-məcalis fi qisas əl-ənbiya" əsərini Anadolu türkcəsində yazsa da, əsər qədim Azərbaycan türkcəsinin bəzi xüsusiyyətlərini daşımışdır. Bunlardan biri "-am²" şəkilçisinin istifadə edilməsidir: bu mənaya məmur degüləm; istədügün adəm mənəm; seyir əfal və sıfətundan xoşnudam; bir zülm olmış pir adəməm.Bayraktar, N. (2014). On Çerkezī’s Translation of Tha‘labī’s Qiṣaṣ al-Anbiyā’. Iran and the Caucasus, 18(3), 275–288. https://doi-org.wikipedialibrary.idm.oclc.org/10.1163/1573384X-20140304
Azərbaycanlılar və türkdilli Məmlüklər arasındakı ədəbi mübadilə hələ də alimlər üçün maraqlı tədqiqat mövzusu olaraq qalır. Buna misallardan biri İzzəddin Həsənoğlunun qədim Azərbaycan ədəbiyyatı nümunəsi olan "Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər" qəzəlinin Məmlük əlyazmasında tapılmasıdır.
Əlifba
Qorunmuş Bitiş Orta Başlanğıc Adı ALA-LC transliterasiyası İndiki azərbaycanca ﺍﺎ— əlif a, â a, e, ə ﺀ— həmzə a, e, i, u, ü ﺏﺐﺒﺑ bə b, p bﭖﭗﭙﭘ pə p pﺕﺖﺘﺗ tə t tﺙﺚﺜﺛ sə s sﺝﺞﺠﺟ cim c, ç cﭺﭻﭽﭼ çim ç çﺡﺢﺤﺣ ha hﺥﺦﺨﺧ xə hﺩﺪ— dəl d dﺫﺬ— zəl z zﺭﺮ— rə r rﺯﺰ— zə z zﮊﮋ— jə j jﺱﺲﺴﺳ sin s sﺵﺶﺸﺷ şin ş şﺹﺺﺼﺻ sad sﺽﺾﻀﺿ dad ż, d, zﻁﻂﻄﻃ ta tﻅﻆﻈﻇ za zﻉﻊﻌﻋ ayn ', hﻍﻎﻐﻏ ğayn ġ g, ğﻑﻒﻔﻓ fə f fﻕﻖﻘﻗ qaf kﻙﻚﻜﻛ kəf k, g, ñ k, g, ğ, nﮒﮓﮕﮔ gəf¹ g g, ğﯓﯔﯖﯕ nəf, sağır kəf (nq) ñ nﻝﻞﻠﻟ ləm l lﻡﻢﻤﻣ mim m mﻥﻦﻨﻧ nun n nﻭﻮ— vav v, w, o, ô, ö, u, û, ü v, o, ö, u, ü, ûﻩﻪﻬﻫ hə h, e, a h, e, aﻻﻼ— ləm+əlif lâ ləﻯﻰﻴﻳ yə y, ı, i, î y, ı, i, î
Qalereya
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan dilinin tarixi Kateqoriya:Türkiyə dilləri Kateqoriya:İran dilləri Kateqoriya:Türk dilləri