RamoRamo - İlk bölümü 14 yanvar 2020-ci ildə yayımlanan, rejissoru Çağatay Tosun, ssenari müəllifi Toprak Karaoğlu, Seda Karaoğlu və Birol Tezcan üçlüyü olan türk aksiyon və dram televiziya serialıdır. Serialın baş rol aktyoru Murat Yıldırımın canlandırdığı Ramo realda olan bir insandan təsvir olunmuşdur. 2 sezondan ibarət olan serial 16 aprel 2021-ci ildə yayımlanan 40-cı bölümü ilə sona çatdı.

Mövzu Seriala adını verən Ramo (Murat Yıldırım)Murat Yıldırım Kimdir? cəsur, ağıllı və haqsızlığa dözməyən quruluşa malikdir. O, ailəsi ilə birlikdə Adanada, Çukurovada illərlə fəhlə işləsə də, bu gün nüfuzlu bir ailənin qeyri-qanuni biznesi ilə məşğuldur. Ailəsinin etirazına baxmayaraq, Ramo üsyan etmək qərarına gəlir. Bununla belə, onunla müdirin qızı Sibel (Esra Bilgiç) arasında cazibə artır. Onun əsas məqsədi atasının ölümünü əmr edən Cihangir (Olgün Şimşek) adlı şəxsə çatmaqdır. Bunun üçün ilk növbədə özünü Adanada sübut etməsi və Cihangirin köməkçisi Yavuzu (Yiğit Özşener) arxasına alması şərtdir. Ailəsi və dostları ilə Adana ilə İstanbul arasında üsyan hekayəsi başlayacaq.

Çəkimlər Serialın ilk sezonu Adananın Seyhan mahalının Sepici və Köprüköy məhəllələrində çəkilib. İkinci mövsüm İstanbulda çəkilir. Daha bir epizod İzmirdə çəkilib.

Aktyor və personajlar Baş rollar Ramazan Kaya (Ramo) (Murat Yıldırım): İllərlə anasının intiqamını gözləyən və Adananın ən böyüyü olmaq üçün hədəflərinə çatmağa çalışan ehtiyatsız bir igid. Sibel Yıldırım (Esra Bilgiç)Esra Bilgiç Kimdir? : Ramoya aşiq olan, lakin ailələrin düşmənçiliyi üzündən sevgisi ilə intiqamı arasında qalan qadın. Hasan Kaya (İlker Aksum): Ramonun böyük qardaşı. Cihangir Hanlı (Olgun Şimşek): İstanbulun kralı. O, Ramonun atasının qatilidir. Mazhar Aslan (Mehmet Yılmaz Ak): Ahsenin qardaşı, Taner və Nehirin dayısı. Yavuz Gürkan (Yiğit Özşener): Cihangirin köməkçisidir.

Ümumi baxış Sezon Bölüm sayıOrijinal buraxılış tarixiBaşlanğıc tarixi Bitmə tarixi Kanal 1 1114 yanvar 202024 Mart 2020Show TV 2 29 18 Sentyabr 2020 16 aprel 2021 (Final)

İstinadlar

Kateqoriya:İstanbul haqqında filmlər Kateqoriya:Ailələr haqqında teleseriallar Kateqoriya:Ekşn teleserialları Kateqoriya:Adam oğurluğu haqqında filmlər Kateqoriya:Disfunksional ailələr haqqında teleseriallar Kateqoriya:2021-ci ildə bitən Türkiyə teleserialları