Şəmmar () — ərəb qəhtani qəbilə konfederasiyası. Bəni-Təyy ərəb qəbilə birliyinə mənsubdur.

Haqqında Şəmmar qəbiləsinin Bəni Tay qəbiləsindən olan əcdadları II əsrdə Yəməndən köçüb Nəcd yaylasının şimalında məskunlaşaraq Bənu Əsəd və Bənu Təmim qəbilələrini oradan sıxışdırıb çıxarmışdılar. 630-cu ilin iyulunda Bəni-Təyy qəbiləsi Məhəmməd peyğəmbərin tərəfdarları tərəfindən tabe edilmiş və islamlaşdırılmışdır. Şəmmar etnonimi tarixi mənbələrdə XIV əsrdən tapılmış və tayfanın şərəfinə Əcə və Səlma əkiz dağları yeni ad almışdır – Cəbəl-Şəmmar. XII əsrdə Şammar qəbiləsinin əhəmiyyətli bir hissəsi Ərəbistandan İraqa köçərək onun Mosula qədərşimal bölgələrini işğal etmiş, qəbilənin Ərəbistanda qalan hissəsi isə Həil ərazisində yaşayırdı.

Şəmmar qəbiləsinə uzun müddət əl-Əli qəbiləsindən olan şeyxlər və əmirlər rəhbərlik edirdi. XIX əsrin əvvəllərində mərkəzi Həil şəhərində olan Cəbəl-Şəmmar əmirliyi qurulmuşdur. 1835-ci ildə Ər-Rəşid sülaləsi əmirliyi və qəbiləni ələ keçirmişdi. 1921-ci ildə Cəbəl-Şəmmar əmirliyiSəud dövlətinin bir hissəsi olmuşdur.

İstinadlar

Əlavə ədəbiyyat Aladhadh, Amer; A comprehensive history of Shammar Alazzawi, Abbas; The Tribes of Iraq (Arabic) AlfudailyThe Days of the Arabs before Islam (Arabic) Hassan, Hussein D.; Tribal Structure, Social, and Political Activities Information Research Specialist Foreign Affairs, Defense, and Trade Consultancy Knowledge Services Group (re Iraq) Madawi Al Rasheed: Politics in an Arabian oasis. The Rashidi Tribal Dynasty. I. B. Tauris & Co Ltd, London & New York 1991 (based on a Ph. D. thesis presented to Cambridge University, 1988). (English)

Xarici keçidlər Web site for Shammar (Tayy) tribe. A member of the shammar tribe

Kateqoriya:Ərəbistan qəbilələri Kateqoriya:Bəni-Tay Kateqoriya:İranda yaşayan etnik qruplar