– Yaponiyanın Miyaqi prefekturasının Kesennuma şəhərində yerləşən muzey. Yaponiyada köpəkbalıqlarına həsr olunmuş yeganə muzeydir.

Tarixi Kesennuma şəhəri Yaponiyada köpəkbalığı ovu və köpəkbalığı xörəkləri ilə məşhurdur, hətta şəhər "Köpəkbalığı şəhəri" ləqəbi ilə tanınır. Bu səbəbdən 1997-ci ildə şəhərdə köpəkbalıqlarına həsr olunmuş muzey açılmışdır. 2011-ci ildə baş vermiş Tohoku zəlzələsi səbəbilə muzey bağlanmış, yenidənqurma işlərindən sonra 2014-cü ildə yenidən açılmışdır.

Xüsusiyyətlər Umi no İçi binasının 2-ci mərtəbəsində yerləşən muzey köpəkbalıqlarının ekologiyasına və 2011-ci ildə baş vermiş zəlzələyə həsr olunmuşdur. Muzey 4 bölmədən ibarətdir: bölmələrin ikisi zəlzələdən, biri Kesennuma limanının indiki vəziyyətindən, biri isə köpəkbalıqlarından bəhs edir. Köpəkbalığı bölməsində "Köpəkbalığı möcüzələri" adlı sərgi keçirilir. Burada böyük ağ köpəkbalığı və balina köpəkbalığının realistik modelləri dayanır, köpəkbalığı çənələri sərgilənir, köpəkbalıqlarının yaşayış arealını göstərən xəritə nümayiş etdirilir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Miyaqi prefekturasındakı muzeylər Kateqoriya:Köpəkbalıqları Kateqoriya:Kesennuma Kateqoriya:1997-ci ildə Yaponiyada yarananlar Kateqoriya:1997-ci ildə yaradılmış muzeylər Kateqoriya:Zoologiya muzeyləri Kateqoriya:Yaponiyadakı təbiət tarixi muzeyləri