Yelena Komorova () — 2003-2006-cı illərdə Ukraynanı, 2008–2009-cu illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi.
Karyerası Yelena Komorova 2003-cü ildə İstanbulda gənclər arasında Dünya Çempionatında uğursuz çıxış etdi və turniri 14-cü pillədə başa vurdu. Bir il sonra Yelena Komorova Bolqarıstanın Sofiya şəhərində baş tutan gənclər arasında Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin il İsveçdə Avropa Çempionatlarında debüt edən Yelena Komorova turniri 8-ci pillədə başa vurdu.
2005-ci ildə Yelena Komorova Dünya və Avropa Çempionatlarında, həmçinin Universiada Oyunlarında çıxış eləsə də uğura imza ata bilmədi. Bundan sonra Yelena Komorova uzun müddət Dünya və Avropa Çempionatlarında və nüfuzlu beynəlxalq turnirlərdə mübarizə aparmadı.
2007-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) Yelena Komorovanı Azərbaycan yığmasının heyətinə dəvət etdi. Həmin illərdə Azərbaycanda qadın güləşçilərdən ibarət yığma yeni-yeni formalaşdırılırdı. Yelena Komorova həmin dəvəti qəbul etdi və 2007-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı.
2008-ci ildə Yelena Komorova Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu. Həmin ilin avqustunda isə Yelena Komorova olimpiada da debüt etdi. Olimpiadanın 1/8 final mərhələsində Yelena Komorovanın rəqibi Rusiya nümayəndəsi Nataliya Qolts oldu. Görüşün birinci hissəsində rəqibinə 0:4 hesabı ilə məğlub olan Yelena Komorova növbəti hissədə də rəqibinə məğlub oldu (0:1) Yelena Komorova və olimpiada da mübarizəsini dayandırdı. Ümumi nəticədə isə Yelena Komorova olimpiadanı 15-ci pillədə başa vurdu.
2009-cu ildə Qızıl Qran-Pri beynəlxalq turnirini beşinci pillədə başa vuran Yelena Komorova həmin il idmanla vidalaşdı.
Nəticələri SıraİlYarışEv sahibiNəticə Ukrayna12003Gənclərin Dünya Çempionatı Türkiyə14.22004Avropa Çempionatı İsveç8.3Gənclərin Avropa Çempionatı Bolqarıstan3.42005Avropa Çempionatı Bolqarıstan8.5Tələbərin Dünya Çempionatı Türkiyə5.6Dünya Çempionatı Macarıstan8. Azərbaycan72008Qızıl Qran-Pri Azərbaycan1.8Olimpiya Oyunları Çin15.92009Qızıl Qran-Pri Azərbaycan5.
İstinadlar
Kateqoriya:Ukraynanın qadın güləşçiləri Kateqoriya:Azərbaycanın qadın güləşçiləri Kateqoriya:Azərbaycanın olimpiya güləşçiləri Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Azərbaycanın Ukraynadan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları