Strela-3 (, QRAU indeksi – 9K34, NATO təsnifatına görə – SA-14 Gremlin) — SSRİ DZRK-si. Strela-2-nin zəif performansına cavab olaraq hazırlanmışdır. O, yeni infraqırmızı hədəf başlığı və konik faza modullaşdırılmış siqnal skanı ilə 9M36 raketlərindən istifadə edirdi. Strela-2-dən əsas fərqi soyudulmuş axtarış aparatının olmasıdır. Bu, raketdən yağış olduğu halda və təbii müdaxilə fonunda istifadə etməyə imkan yaradırdı. 1974-cü ilin yanvarında Sovet Ordusunda xidmətə qəbul edilmişdir.

Xidmətə verilməsi 1974-cü ilin yanvar ayından SSRİ Silahlı Qüvvələrində xidmətə verilmişdi, lakin əslində 1985-ci ilin sonunda qoşunlarla birlikdə kütləvi şəkildə xidmətə girməyə başlamışdır. Onun Qərbdə istifadə olunan "Javelin"in analoqu olduğuna inanılırdı.New Soviet SAM In Service . // Air Defense Artillery. — Winter 1986. — No. 1 — P. 60 — ISSN 0740-803X. Sonradan İqla (9K38) DZRK-si ilə əvəz olunmuşdur.

İstinadlar

Xarici keçidlər Широкий обзор ПЗРК 9К34 «Стрела-3» ИС «Ракетная техника»

Kateqoriya:Döyüş raketləri Kateqoriya:SSRİ silahları