Böyük Gilətağ — Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
2020-ci il noyabrın 2-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.
Tarixi Oxcu çayının (Arazın qolu) sol sahilindən 10 km aralı Bərgüşad silsiləsinin ətəyindədir. Keçmiş adı İydəli Gilətağ olmuşdur. Bəzən Böyük Gilyataq variantında da təsadüf edilir. XIX əsrə aid mənbələrdə isə Kirətağ variantında qeydə alınmışdır. Kəndin ərazisi keçmişdə Xocahan (Qubadlı rayonu) bəylərinə məxsus olmuşdur. Kirətağ kəndinin əkin sahəsi az olduğu üçün onun camaatı bu ərazini Xocahan bəylərindən almış və əkin yerinə çevirmişdır. XIX əsrin ortalarında Kirətağdan bəzi ailələr köçərək burada həmişəlik məskunlaşmışlar. Yeni yaşayış məntəqəsi də keçmiş kəndin adı ilə adlandırılmışdır. Böyük sözü eyniadlı yaşayış məntəqələrini fərqləndirmək üçün artırılmışdır. Toponimik termin kimi gilə/kirə komponenti "əkilməmış sahə", "daş–kəsəkli yer", tağ sözü isə "gilli yer, bitkisiz, otsuz yer" mənalarında işlənir.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.152
İstinadlar
Kateqoriya:Zəngilan rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri