Samvel Sergeyi Şahramanyan (; ) — Ermənistan siyasətçisi və dövlət xadimi, DQR-nin keçmiş dövlət naziri (31 avqust 2023 – 10 sentyabr 2023), başçısı (10 sentyabr 2023 — 4 oktyabr 2023). O, əvvəllər qondarma DQR-nin Milli Təhlükəsizlik Xidmətinin direktoru, Ermənistan hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri olmuşdur. General-mayordur.
Həyatı Samvel Sergeyoviç Şahramanyan 1 dekabr 1978-ci ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olmuşdur. O, İrəvan Qriqor Zöhrab Universitetinin Beynəlxalq iqtisadiyyat fakültəsinə daxil olmuşdur, 1998-ci ildə Xankəndi Universitetinə keçmiş və 1999-cu ildə oranı bitirmişdir.
Şahramanyan 1996–1999-cu illərdə Qarabağda silahlı dəstələrdə xidmət etmişdir. O, 1999–2008-ci illərdə Rusiyada xidmət etmişdir. Şahramanyan Rusiya tərəfindən silahlanan DQR-nin milli təhlükəsizlik xidmətinin direktoru, Ermənistan Respublikasının hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri kimi xidmət etmişdir.
29 may 2020-ci il tarixdə general-mayor olmuşdur.
İstinadlar
Kateqoriya:Ermənistan siyasətçiləri Kateqoriya:Dağlıq Qarabağ Respublikasının Prezidentləri