"Şeyx Sənan" — Hüseyn Cavidin "Şeyx Sənan" pyesinin motivləri əsasında Xəyyam Abdullazadə və Elçin Elxanlı quruluşçu rejissorluğu ilə çəkilmiş eyniadlı Azərbaycan teleserialı.
Məzmun Filmin sujeti Sənan adlı gənc bir arxeoloqla, Xumar (Tamara) adlı tibb bacısı arasında baş verən sevgi hekayəsi üzərində qurulub. Sənan Qax rayonunun ucqar dağ kəndlərinin birində arxeoloji ekspedisiyada iştirak edir. Ehtiyatsızlıq ucbatından Sənan iti axan dağ çayına yıxılır və onu ölümdən Anton adlı kənd sakini xilas edir. Müxtəlif xəsarətlər almış Sənanı kəndin tibb məntəqəsinə gətirirlər və burada gənc və gözəl tibb bacısı Tamara onun yaralarını sarıyır. Beləliklə Sənanla Tamaranın ilk tanışlığı burada başlayır və sonra sevgiyə çevrilir. Lakin onların sevgisini qısqananlar və istəməyənlər peyda olur. Sən demə, Sənanı xilas edən Anton da Tamaranı sevirmiş və Sənanı xilas etməsinə peşmandır. Üstəlik kəndin yaxınlığındakı qədim yaşayış məskənində qazıntı işləri aparan arxeoloji ekspedisiyanın gənc üzvlərindən olan Zəhra da Sənana olan sevgisini gizlətmir. Zəhranı isə arxeoloqlardan biri Hadi sevir. Hadi Sənana nifrət edir. Bununla hadisələr daha da ziddiyyətləşir. Sənanla Tamaranın sevgisinə heç cür mane ola bilmədiklərini görən Anton və Zəhra mübarizə aparmağa başlayırlar. Bunun üçün müxtəlif planlar və hiylələr işlətmələrinə baxmayaraq uğursuzluqlara uğrayırlar. Sənan və Tamara Antonla Zəhranın və Hadinin bütün gizli maneələrinə baxmayaraq bir-birlərini daha da güclü sevməyə davam edirlər və münasibətlərini rəsmiləşdirmək qərarına gəlirlər. Yəni, nişanlanmaq istəyən gənclərin əsas problemi bundan sonra başlayır. Çünki Tamaranın atası keşişdir və kənddəki kilsədə çalışır. Keşiş Platon dindaşlarının qınağından qorxaraq Tamaraya qadağa qoyur ki, Sənanla görüşməsin. Belə olduğu halda Sənan buna etiraz edir. Tamaraya olan sevgisinə görə hər şeyə hazır olduğunu sübut edir və beləliklə, xristianlığı qəbul edir. Tamara isə etiraz əlaməti olaraq islamı qəbul edir.
Filmin heyəti Film üzərində işləyənlər
Quruluşçu rejissor: Xəyyam Abdullazadə, Elçin Elxanlı Ssenari müəllifləri: Xəyyam Abdullazadə Rejissor: Laçın İsmayılzadə Qurluşçu rəssam : Sənan Fətullazadə Təsvir rejissoru : Elman Əliyev İkinci operator:Anar Dadaşov Bəstəkar: Tural Məmmədli Prodüser: Elməddin Alıyev Rejissor assistenti:Dilarə Vəliyeva Montaj rejissoru: Elçin Elxanlı Montajçı: Ramin Quluzadə Rəng korreksiyası: RENDER EDIT STUDIO Səs rejissoru: Nadir Mahmudov Səs operatorları: Emin Mahmudov, Ruslan Mahmudov Geyim üzrə rəssam: Fəxriyyə Zeynalova Qrim üzrə rəssam: Günay Əjdərova Fokus puller: Sevda İsmayılova Operator assistentləri: Alım Allahverdiyev, Nizami Qurbanov Rəssam assistentləri: Rəşidə Heydərli, Polad Muradlı Əlbəsə ustası: Fərid İbrahimov İşıqçılar: Atabəy Hüseynzadə, İbrahim AlIşanov, Həsən Talıbov İcraçı prodüser: Cəbrayıl Ələsgərov Set işçisi: Ceyhun Məmmədov Sürücülər: Elgün Məmmədli, Rasim Balakişiyev, Xəqani Məmmədov, Kəmaləddin Əsgərov, Fərid Rəsulov, Nəsib Nəsibov Baş prodüser: Yalçın Verdiyev Soundtrack: Emin Nəsirli (sözləri-Xəyyam Abdullazadə) İstifadə edilən mahnılar: EthnoClass orkestrı, Tania Kassis-Azan ave maria , Araz Ozara
Rollarda Sənan Əlləz — Şeyx Sənan Esmiralda Abdullayeva — Tamara Aygün Fətullayeva — Zəhra Pərviz Məmmədrzayev — Platon Ayşad Məmmədov — Kəbir Rauf Şahsuvarov— Serqo Bəhram Əliheydər — Hadi Türkay Cəfərli — Sərdar Tural Əhməd — Anton Vəfa Zeynalova (Vəfa Zeynallı kimi) — Nina Tural Baxış — Simon Aysel Yusubova — Əsmər Nəsibə Eldarova — Tereza Vüqar Vəlixanov — Osman Emin Nəsirli — Özdəmir Kəmalə Mehdiyeva — Sənanın anası Əbdülqəni Əliyev— Meşəbəyi Günay Əhməd — Xumar Şahin Yüksəl — Axund Yusif Əbdürəhmanov — Altun Hüsaməddin Əsgərov — Şeyx Əlləz Elçin Elxanlı — Platonun gəncliyi Epizodlarda Oğuz əzimli Nurgün Məmmədli
Xüsusi təşəkkürlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
Qax Rayon İcra Hakimiyyəti
Qax Olimpiya İdman Kompleksi
Qax Rayon Polis Şöbəsi
Qax Rayon Mərkəzi Xəstəxanası
Qax Rayon Uşaq Poliklinikası Qaxinqiloy Sahəsi
Qax Rayon Qaxinqiloy Kənd Mədəniyyət Evi
Qax Rayon Ləkit kənd İcra Nümayəndəliyi
Qax Dövlət Kukla Teatrı
Alban-Udi Xristian Dini İcması
Müqəddəs Məryəm Ana Bulun Kilsəsi
Azərbaycan Arıçılar Assosİasiyası
Robert Mobili
Rafik Danakari
İaqo Driqorieviç
Elgün Məmmədli
Zülfüqar mustafayev
Siyavuş Əlizadə
Bölümlər Şeyx Sənan|1-ci bölüm Şeyx Sənan|2-ci bölüm Şeyx Sənan|3-cü bölüm Şeyx Sənan|4-cü bölüm Şeyx Sənan|5-ci bölüm Şeyx Sənan|6-cı bölüm Şeyx Sənan|7-ci bölüm Şeyx Sənan|8-ci bölüm Şeyx Sənan|9-cu bölüm Şeyx Sənan|10-cu bölüm Şeyx Sənan|11-ci bölüm Şeyx Sənan|12-ci bölüm
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı
Xarici keçid Filmi izlə
Kateqoriya:2023-cü ilin Azərbaycan teleserialları Kateqoriya:Azərbaycan dilində teleseriallar