– Yaponiya ədəbiyyatşünası, dilçisi və tərcüməçisi. Rus dilini və ədəbiyyatını tədqiq etmişdir.
Həyatı və karyerası 1914-cü ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. 1940-cı ildə Tokio Xarici Dillər Məktəbinin rus dili kursunu bitirmişdir. 1941-ci ildə həmin yerdə assistent-professor kimi işləməyə başlamışdır. Daha sonra Tokio Xarici Tədqiqatlar Universitetinin professoru olmuşdur. "Öz-özünə sadə rus dilini öyrənmək" adlı orijinal və populyar kitabın müəllifi olmuşdur. Nikolay Dobrolyubovun "Qaranlıq səltənətdə işıq şüası" əsərini və Nikolay Çernışevskinin əsərlərini rus dilindən yapon dilinə tərcümə etmişdir. Lev Tolstoyun yaradıcılığını tədqiq edərək "Tolstoy haqqında traktat" əsərini yazmışdır.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Kotobank saytında
Kateqoriya:Yaponiya dilçiləri Kateqoriya:Yaponiya ədəbiyyatşünasları Kateqoriya:Yaponiya tərcüməçiləri