Turabad — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd. Kənd Oxçuçay çayının sağ sahilində, Zəngilanın cənub-şərqində və Mincivanın şimalında, dəniz səviyyəsindən 409 metr yüksəklikdə yerləşir.

Kəndin tanınmış nümayəndələrindən biri hərbi pilot və Azərbaycanın Milli Qəhrəmanı Əsəd Əsədovdur.

Tarixi 1921-ci il Azərbaycan Kənd Təsərrüfatı Siyahıyaalınmasının nəticələrinə əsasən, Azərbaycan SSR-in Qubadlı rayonuna daxil olan Turabad və Babayıqlı kəndlərində 153 nəfər (44 təsərrüfat) yaşayırdı və əhalinin əksəriyyəti Azərbaycan türklərindən ibarət idi.

1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Turabad kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və tamamilə dağıdılmışdır.

2020-ci il 21 oktyabr tarixində İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Prezidenti İlham Əliyev Turabad kəndinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildiyini elan etmişdir.

Tanınmış şəxsiyyətlər Əsəd Əsədov — Azərbaycanın Milli Qəhrəmanı.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Zəngilan rayonunun kəndləri