Karen Angelo Hekkerup () — Danimarka Sosial Demokrat Partiyasını təmsil edən Danimarkalı siyasətçi . O, 2013-cü il dekabrın 12-dən 2014-cü il oktyabrın 10-dək Danimarkanın ədliyyə naziri vəzifəsini tutub. Hækkerup Danimarka kənd təsərrüfatı sənayesi üçün ən böyük lobbi təşkilatı sayılan Danimarka Kənd Təsərrüfatı və Qida Şurasının icraçı baş direktoru(CEO) vəzifəsinə keçdikdən sonra Danimarka ədliyyə naziri vəzifəsindən istefa verib.
2005-ci ildən Folketinqin (Danimarka Parlamenti) üzvüdür. O, sosial demokrat Ole Hækkerup ilə evlidir. Hans Hækkerup ərinin əmisi, Danimarkanın Avropa naziri Nik Hækkerup isə qaynıdır.
Üç övladı var və Amagerdə yaşayır.
İstinadlar
Kateqoriya:Danimarka nazirləri