SCP Fondu () eyni adı daşıyan internet üzərindən birlikdə əməkdaşlıqla yazmaq layihəsi tərəfindən sənədləşdirilmiş fiziki mövcudluğu olmayan uydurma bir fond. Veb saytın təqdim etdiyi uydurma kainatında SCP Fondu təbii qanunları pozan fərdləri, varlıqları, qurumları, yerləri və ya obyektləri aşkar etməyə və onları qoruyub saxlamağa cavabdehdir. Veb sayt icma əsaslıdır və saytda paylaşdıqları hekayələrə qorxu fantastikası, elmi fantastika və fantaziya daxil olmaqla bir çox janrların elementləri daxildir.
SCP Fondu viki -dəki paylaşımlarının əksəriyyəti SCP yəni “xüsusi saxlama prosedurlarından”və onun saxlanma şərtlərinin prosedur qaydalarını təsvir edən sənədlərdən ibarətdir. Veb saytın arxivində həmçinin minlərlə Fond hekeyəsi، yəni SCP Fondunun daxilində baş vermiş qısa hekayələr də insanlara təqdim olunur. Hekayələrin seriyalanmış olması, elmi və akademik yazı üslubu ilə yazılaraq bu şəkildə belə insanlara qorxu hissini dolğun şəkildə ifadə edə bilmək bacarığı və yüksək keyfiyyət standartlarını qoruyub saxlamaqları səbəbində bu layihə çox vaxt əksər insanlar tərəfindən müsbət rəylər alıb.
Bu fond həm də qorxu mövzusulu indie oyunları olan SCP - Containment Breach və SCP: Secret Laboratory daxil olmaqla bir çox spin-off layihələr üçün də ilham mənbəyi olmuşdur. Qeydlər
İstinadlar
Kateqoriya:Elmi fentezi Kateqoriya:Ədəbiyyat veb-saytları Kateqoriya:Fantastika ədəbiyyatı Kateqoriya:Lavkraft qorxusu Kateqoriya:Paylaşılan kainatlar Kateqoriya:Qaranlıq fentezi Kateqoriya:Qorxu ədəbiyyatı Kateqoriya:Şəhər fentezisi Kateqoriya:Uydurma bədheybət ovçuları Kateqoriya:Uydurma gizli təşkilatlar Kateqoriya:Uydurma xüsusi xidmət orqanları Kateqoriya:Uydurmada paranormallıq Kateqoriya:Uydurmada yaddaşın silinməsi və dəyişdirilməsi Kateqoriya:Creative Commons lisenziyalı veb-saytlar