İyun üsyanı (litvaca: Birželio sukilimas) — Litvada ilk Sovet işğalı ilə 1941-ci ilin iyunun sonlarında baş vermiş nasist işğalı arasında baş vermiş üsyan nəzərdə tutulur.

Üsyandan təxminən bir il əvvəl, 15 iyun 1940-cı ildə Qızıl Ordu Litvanı ələ keçirdi və litvalılar arasında sevilməyən Litva Sovet Sosialist Respublikasının yaradıldığını elan etdi. Yeni rejim özünə qarşı müxalifəti susdurmaq üçün siyasi repressiyalardan və terrordan istifadə edirdi. 22 iyun 1941-ci ildə Nasist Almaniyasının Sovet İttifaqına hücum etdiyi zaman Litva cəmiyyətinin fərqli təbəqələrindən olan şəxslər bolşevik hakimiyyətinə qarşı üsyana qalxdılar. Üsyançılar dövlət istiqlaliyyətinin yenidən bərpa edildiyini elan edərək qısamüddətli Müvəqqəti Hökumət yaratdılar. Vermaxtın gəlişinə qədər Litvanın iki ən böyük şəhəri olan Kaunas və Vilnüs üsyançıların əlinə keçdi. Bir həftə ərzində alman ordusu bütün Litvaya nəzarət etməyə başladı və buralardan bolşevik ordusunu qovdu. Litvalılar almanları qəddar Sovet hakimiyyətinfən onları xilas edən ordu kimi qarşıladılar. Litvalılar ümid edirdilər ki, almanlar onların müstəqilliyinə toxunmayacaq və ya Slovak Respublikasında olduğu kimi müəyyən muxtariyyət tanıyacaqlar. Reallıqda isə nasistlərdən heç bir dəstək gəlmədi və onlar yavaş-yavaş litvalıların administrasiyasını özünkü ilə dəyişdirdilər. 1941-ci ilin iyulunda Reichskommissariat Ostland təşkil edildi. Hər hansısa real gücdən yoxsun olan Müvəqqəti Hökumət 5 avqust 1941-ci ildə özünü buraxdı.

Zəmin və hazırlıqlar thumb|left|Sovet siyasi komissarı biri (hərbi çiyin nişanı olmayan) və sovetlər tərəfindən yaradılmış kukla Xalq Seyminin üzvü (pencəyində qızılgül olan) Litva Xalq Ordusunun qeyri-zabit heyətinə elan edir ki, tezliklə onlar Qızıl Ordunun bir hissəsi olacaqlar (Kaunas, 1940-cı il)

1918-ci ildə Litva Birinci Dünya müharibəsinin nəticəsində öz müstəqilliyini əldə etdi və Litva İstiqlaliyyət müharibəsi, Rus inqilabı nəticəsində onun bu müstəqilliyi ətraf dünya tərəfindən tanındı. İkinci Dünya müharibəsinin başlanmasının əvvəlində Litva özünün neytrallığını elan etdi və Seym bu barədə qərar qəbul etdi.

Molotov-Ribbentrop müqaviləsinin imzalanmasından Almaniyanın SSRİ-ə hücumuna qədərki dövrdə Nasist Almaniyası ilə Sovet İttifaqı müttəfiq şəklində hərəkət edirdilər. 1940-cı ilin may-iyun aylarında Almaniya Qərbi Avropada hərbi əməliyyatlar həyata keçirərkən SSRİ də Baltik ölkələrini ələ keçirdi. 14 iyun 1940-cı ildə sovetlər tərəfindən Litvaya ultimatum verildi və guya hansısa sovet döyüşçülərinin qaçırıldığı iddia edildi. Ultimatumda deyilirdi ki, Litva SSRİ-nin yararsız hesab etdiyi məmurları (xüsusilə Daxili İşlər Naziri və Təhlükəsizlik Departamentinin rəisini) işdən çıxarmalı, hökuməti dəyişdirməli və qeyri-məhdud sayda Qızıl Ordu qoşunlarının ölkəyə daxil olmasına icazə verməlidir. Bu ultimatumun qəbul edilməsi Litvanın öz müstəqilliyini itirməsi anlamına gəlirdi. Lakin bu ultimatumla birlikdə, SSRİ XİN rəhbəri Vyaçeslav Molotov litvalı diplomat Juozas Urbşysa bildirdi ki, Litvanın ultimatuma cavanının nə olub-olmamasından asılı olmayaraq, "ordular sabah Litvaya daxil olacaq". Ultimatum Litva ilə SSRİ arasında əvvəlcədən bağlanmış bütün razılaşmaların və suveren dövlətlərin münasibətlərini tənzimləyən beynəlxalq hüququn pozulması idi.

Litva Respublikası hökuməti son dəfə bu ultimatumu müzakirə etmək üçün toplandı və onun üzvlərinin çoxu ultimatumu qəbul etməkdən yana olduqlarını bildirdilər. 15 iyunda prezident Smetona siyasi vəziyyətin normallaşmasını gözləmək üçün Qərbə getdi və baş nazir Antanas Merkys ölkədə qaldı. Bu əsnada VIII və XI Qızıl Ordu birləşmələri sərhədi keçdi. Sərhədi keçən sovet ordusu ümumilikdə 15 diviziyadan ibarət idi. Hava qüvvələri Kaunas, Radvilişkis və Şiauliaidəki hava limanlarını ələ keçirdi. Sovet Ordusu litvalı döyüşçülərin silahlarını əllərindən alıb, mülklərini müsadirə etdi və yerli kommunistləri dəstəklədi. Moskvanın təzyiqi altında baş nazir Merkys Justas Paleckisi baş nazir təyin edib, özü istefa verdi. Paleckis daha sonra prezidentlik səlahiyyətlərini əlinə aldı və Vinces Kreve baş nazir oldu. Ölkədə kommunist fəaliyyətinə icazə verildi. Kommunist qəzetləri, jurnalları nəşr edilməyə başladı və yerli kommunistlər yeni hökuməti dəstəkləmək üçün mitinqlər təşkil etdilər. Müxalif təşkilatlar və partiyalar ləğv edildi, ölkənin xariclə olan əlaqələri kəsildi. 14–15 iyulda parlamentə seçkilər keçirildi. Seçkilərdə iştirak edən yeganə partiya ifrat solçulardan və onların dəstəkçilərindən təşkil edilmiş Litva İşçilərin Birliyi partiyası idi. Vətəndaşlar səsvermə hüququna malik idilər və seçkilərin nəticələrinin saxtalaşdırıldığı ehtimal edilirdi. İyulun 21-də keçirilən ilk iclasında yeni parlament Litvanın SSRİ-nin tərkibinə daxil olmaq iradəsini ifadə etdiyini bəyan etdi. Elə həmin gün ölkənin sovetləşməsinə başlamaq haqqında qərarlar qəbul edildi. Avqustun 3-də Litvanın SSRİ-yə qoşulması haqqında sənədi imzalamaq üçün Litvanın tanınmış ictimai xadimlərindən ibarət nümayəndə heyəti Moskvaya göndərildi. İmzalanandan sonra Litva SSRİ-yə birləşdirildi. 1940-cı il avqustun 25-də Xalq Parlamentinin növbədənkənar sessiyası forma və mahiyyətcə Sovet İttifaqının 1936-cı il Konstitusiyasına bənzəyən Litva Sovet Sosialist Respublikasının (LSSR) Konstitusiyasını ratifikasiya etdi.

Beləiklə, 1940-cı ilin iyununda Litva şərtsiz olaraq Sovet ultimatumunu qəbul etdi və ələ keçirildi. İşğal edilən Litva bolşeviklər tərəfindən Litva SSR adlandırıldı və Sovet İttifaqına birləşdirildi. Sovetlər ölkəni ələ keçirdikdən sonra müxtəlif sovetləşdirmə siyasətləri tətbiq etməyə başladılar. Ölkədə özəl mülkiyyət milliləşdirildi, siyasi aktivistlərin təqibinə başlanıldı və xeyli sayda insan xalq düşməni adı altında "güllələndi". Bu həbslərin hədəfində məşhur siyasətçilər (məsələn, Aleksandras Stulginskis, Juozas Urbšys, Leonas Bistras, Antanas Merkys, Pranas Dovydaitis, Petras Klimas), hökumət rəsmiləri, hərbçilər, Litva Atıcılar Birliyinin üzvləri daxil idi. Litva ordusu Qızıl Ordunun 29-cu atıcı diviziyası kimi yenidən təşkil edildi. Kommunistlər həmçinin, ölkədəki qeyri-kommunist mədəni, dini və siyasi təşkilatların hamısını bağladılar. Bütün bunlar ölkənin iqtisadi vəziyyətinə də pis təsir etdi və insanların yaşam səviyyəsi də gerilədi. Bir il sonra, üsyandan cəmi bir həftə əvvəl, əsasən ziyalılardan ibarət 17.000-ə yaxın litvalı bütün ailələri ilə birlikdə aparılaraq Sibirə sürgün edildi, burada bir çoxu qeyri-insani həyat şəraiti üzündən həlak oldu. Bu, xalqın üsyana dəstəyini təhrik edən yeganə böyük hadisə idi. Bu faciə ilkin olaraq almanların işğalına müsbət meyl yaratdı. Sürgünlərdən və ya həbslərdən qaçan insanlar kortəbii olaraq silahlı qruplara çevrilərək meşələrdə gizlənir və daha geniş üsyan gözləyirdilər. thumb|1940-cı ildə Romada keçirilən Litvalı Səlahiyyətli Şəxslər Konfransı. Bu konfransla İyun üsyanın təməlləri atılmışdır.

1940-cı ilin payızında qurulan Litva Aktivistləri Cəbhəsinin son istəyi ölkələrinin müstəqilliyini yenidən bərpa etmək idi. Berlində olan Kazys Škirpa tərəfindən rəhbərlik edilən LAC Litva müqavimətini birləşdirməyə və Sovetlərə qarşı planlaşdırılan üsyan üçün resursları təşkil etməyə və qorumağa çalışırdı. LAC bir çətir təşkilatı kimi fəaliyyət göstərirdi və bir çox qruplar Berlindəki LAC ilə əlaqəli olmasalar da, onun adından istifadə edirdilər. LAC Vilnüsdə hərbi-siyasi qərargahını və Kaunasda təşkilat qərargahını yaratdı. Berlin, Kaunas və Vilnüsdəki bu mərkəzlər arasında əlaqə və koordinasiya kifayət qədər zəif idi. Vilnüsdəki qərargah sovet həbslərindən, xüsusən 1941-ci il iyunun əvvəlində çox əziyyət çəkdi və əsasən sıradan çıxarıldı. Həbs edilən fəalların əksəriyyəti 1941-ci ilin dekabrında Sovet İttifaqında edam edildi.

1941-ci ilin martında LAC Berlində bir memorandum yayımladı. Brangūs vergaujantieji broliai (azərbaycanca: Əziz qul edilmiş qardaşlar) adlandırılan memorandumda yaxınlaşmaqda olan Almaniya-Sovet İttifaqı müharibəsinə necə hazırlaşmaq lazım olduğu elan edilirdi. Vətəndaşlara həbsxanalar, yollar, körpülər, kommunikasiya qovşaqları, zavodları və s. qorumaq tapşırılırdı, çünki geri çəkilən Qızıl Ordunun bunları məhv edəcəyi gözlənilirdi. Belə olacağı halda, mərkəzi qərərgahlarda Müvəqqəti Hökumət və ölkənin müstəqilliyi elan ediləcəkdi. Aprel ayında ölkənin müstəqilliyini elan edəcək Müvəqqəti Hökumətin siyahısı açıqlandı. Kazys Škirpa baş nazir vəzifəsinə namizəd ikən, 4 nazir postu Vilnüs, 6 nazir postu isə Kaunas üçün ayrılmışdı. Eyni zamanda bir nazir də Berlindən olacaqdı. Hökumətin üzvləri müharibədən öncəki Litva siyasi mühitinə görə fərqli siyasi spektrumlardan gəlməkdə idilər və bu əsas gətirilərək onların əhalinin mütləq əksəriyyətinin dəstəyini aldıqları iddia edilirdi. Belə bir fikir irəli sürülür ki, təyin olunmuş nazirlərin bəziləri Müvəqqəti Hökumətdəki təyinatlarından xəbərsiz idilər. 14 iyun tarixində nasistlər Şkirpa və ya bir başqasının heç bir hökumət qurmamasını, onların əvvəlcədən təstiqləmədiyi heç bir ictimai açıqlama verməməyi qəti bir şəkildə tələb etdilər. Škirpa bununla razılaşsa da, onun özünün də Litvadakı dəstəkçiləri üzərində tam nəzarəti yox idi.

İyun üsyanı thumb|Üsyançılar tərəfindən götürülmüş sovet ordusu əsirləri. Şərqi Litvada üsyançıların nəzarəti altında olarkən. thumb|Litvalı üsyançıların (LAC) onları fərqləndirən ağ qol işarələri ilə düzülüşdəykən. thumb|Lithuanian insurgents (LAF) in Vabalninkas, Lithuania thumb|3 litvalı İyun üsyanında Stalinin şəkli ilə.

Alman hücumu və sovetlərin geri çəkilməsi 22 iyun 3:15 tarixində Litva SSR ərazisi hücuma keçən iki alman ordu qrupu tərəfindən ələ keçirildi. Şimal Ordu Qrupu Litvanın qərb və şimal tərəflərini ələ keçirərkən, Mərkəz Ordu Qrupu Vilnüs bölgəsinin əksər hissəsini işğal etdi. Almanlar Litvaya hücum üçün 40 diviziyada cəmləşən 700 minlik ordu, 1500 tank və 1200 döyüş təyyarəsi ayırmışdılar. Onlarla döyüşən sovetlərin Baltik Hərbi Dairəsində 25 diviziyada cəmləşən 400 minlik ordusu, 1500 tankı və 1344 döyüş təyyarəsi var idi. VII atıcı və VI motorlaşdırılmış VIII, XI ordular Litva ərazisində yerləşdirilmişdi.

İlk alman hücumu Lüftvaffe tərəfindən hava limanlarına və Litva şəhərlərinə (Şyaulyay, Panevejis, Kėdainiai, Raseiniai, Karmėlava, Jurbarkas, Ukmergė və s.) edildi. Bu hücumlarda 4 min mülki şəxsin öldürüldüyü iddia edilir. Sovet hərbi hava qüvvələrinin çox hissəsi məhv edildi. Sovet təyyarələrindən 322-i havada vurularkən, 1489-u da yerdə məhv edildi. Almanlar sürətlə irəliləyərək Kaltinenay, Raseiniai, Şyaulyay yaxınlığında sovetlərin arabir müqaviməti və litvalıların köməyi ilə qarşılaşdılar. Raseiniai döyüşü ilə sovetlər əks-hücuma cəhd etməyə çalışdılar, lakin yeni tanklarla da gücləndirilmiş sovet ordusu darmadağın edildi. Bir həftə ərzində almanlar 3.3362 nəfər itirsələr də, bütün Litvanı ələ keçirməyə nail oldular. Sovetlərin itkiləri çox ağır idi və dəqiq olaraq bilinməməkdədir. Hesab edilir ki, bu say 12–15 diviziyadan ibarət olmuşdur. Qızıl Ordu, həmçinin özünün təyyarə bazalarını, tanklarını, artilleriyasını və digər sursatlarını da itirdi.

Alman və Sovet vəhşiliyi Ümumi olaraq litvalıların almanlara qarşı dost yanaşmasına baxmayaraq, almanlar cəzalandırma edamları həyata keçirdilər. Məsələn, iki alman mühafizəçinin Alytusda naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində ölməsndən sonra, Ablinqa kəndində yaşayan 42 mülki şəxs almanlar tərəfindən edam edildi. Alman bu mülki şəxslərin edamı ilə iki alman döyüşçünün öldürülməsinə görə cəza vermək istəmişdilər. Alytusdakı terror növbəti gün də davam etdi. Almanlar 15–20 yaşları arasındakı kişiləri seçərək 2–25 nəfərlik qruplar halında edam etdilər.