və ya əsl adı ilə – Yaponiya aktrisası və müğənnisi. O, "Yaponiya şou-biznesinin anası" hesab olunur və 2009-cu ildə Yaponiyada "Xalqın fəxri" mükafatına layiq görülmüş ilk aktrisa olmuşdur.

Həyatı Mitsu Murakami 9 may 1920-ci ildə Yaponiyanın Kioto şəhərində doğulmuşdur. Kino aktrisası kimi ilk çıxışı 14 yaşında bir tarixi dram filmində baş tutmuşdur. Vokalist bacarığı ilə tanınan Mitsuko 1941-ci ildə Tokioya köçmüş və caz müğənnisi kimi çıxış etməyə başlamışdır. 1940-cı illərdə Yaponiya, Çin və Cənub-Şərqi Asiyada konsertlər vermişdir.

Mitsuko 1952-ci ildə radio vasitəsilə bütün ölkədə yayımlanan bir komediya səhnə tamaşasında çıxış etmiş və Yaponiyada tanınan aktrisalardan birinə çevrilmişdir. "Bu dövrdür" kimi teleseriallarda rol almış, tabloid televerişlərin aparıcısı olmuş, bir çox televerilişdə qonaq qismində iştirak etmişdir. 1961-ci ildə Fumiko Hayaşinin avtobioqrafik romanına əsaslanan adlı səhnə tamaşasında debüt etmişdir. O, 2009-cu ilə qədər bu tamaşada 2017 dəfə çıxış etmiş və bu tamaşada 2000 dəfədən çox çıxış etmiş ilk şəxs olmuşdur. Bu səbəbdən 2009-cu ilin mayında Yaponiya hökuməti tərəfindən "Xalqın fəxri" mükafatına layiq görülmüşdür. 2007-ci ildə bu tamaşada çıxış etməyi buraxacağını açıqlamış və sonuncu "Horoki" performansını 2009-cu ildə sərgiləmişdir.

Mitsuko 10 noyabr 2012-ci ildə Tokioda yerləşən bir xəstəxanada ürək çatışmazlığı səbəbilə ölmüşdür.

Xatirəsi Google 1 iyul 2021-ci ildə buraxdığı dudlı Mitsuko Moriyə həsr etmişdir.

İstinadlar

Xarici keçidlər NHK saytında

Kateqoriya:Yaponiya aktrisaları Kateqoriya:Yaponiya uzunömürlüləri Kateqoriya:Yaponiyanın qadın müğənniləri