Nikocado Avocado (tam adı: Nikolas Perri; ) — amerikalı internet ulduzu, YouTuber. Kanalına yerləşdirdiyi mokban videoları sayəsində məşhurlaşıb. O, 2022-ci ilin noyabrına kimi sahib olduğu altı kanalı ilə 7 milyon abunəçi və 1.8 milyarddan çox baxış sayı toplayıb.
Həyatı Nikolas Perri əslən Ukraynadandır. Uşaq yaşlarında amerikalı ailə tərəfindən övladığa götürülüb. Pensilvaniya ştatının Filadelfiya şəhərində böyüyüb.
Perri kollecdə musiqi ixtisası üzrə təhsil alıb. 2011–2012-ci illərdə skripkaçılıq edərək pul qazanıb. O, həmin illərdə "Home Depot"-un (alətlər, tikinti materialları, məişət texnikası və s. satan şirkət) mağazasında da çalışıb. Perri 2013-cü ildə Brodvey tamaşalarında çıxışlar etmək arzusu ilə Nyu-York şəhərinə köçüb. Lakin istedadlı musiqiçilərlə dolu olan bu şəhərdə dolanmaq onun üçün çətin olub.
Perric2016-cı ildə onun kimi veqan Facebook qrupunun üzvlərindən olan Orlin Hom adlı şəxslə tanış olub. İkisi internetdə uzun müddət yaxın münasibət qurublar. Orlin sonralar Perrini görməkdən ötrü Kolumbiyadan Nyu-Yorka səyahət edib. Perri 2014-cü ildə onunla romantik münasibət qurur, bunun ardınca o, musiqi karyerasına son qoyaraq Homun yanına, Kolumbiyaya köçür. Cütlük 10 aprel 2017-ci ildə evlənib.
İnternet karyerası Onun əri Homun 2014-cü ildə öz videolarını paylaşdığı YouTube kanalı var idi. Perri onun məsləhətini dinləyərək "Nikocado Avocado" adlı kanalını açmışdır. O, bu kanalına veqan həyat tərzi, vloqlar və musiqi ifaları ilə bağlı bir çox videolar yerləşdirirdi. 1 aprel 2016-cı ildə isə artıq veqanlıq mövzusuna dair videolar çəkmək istəmədiyini bildirdi.
O, 2016-cı ildə kanalına mokban temalı videolar yükləməyə başlayıb. Bu tipli videolara görə onun kanalı getdikcə böyüyüb. Paylaşdığı videolar bir həftə ərzində 50.000-dən çox baxış sayısı toplayırdı. O, mokban trendinə qoşulmuş ilk amerikalı idi. Həmin dövrlərdə o, mokban videolarını çəkərkən çiyninə yaşıl tutuquşusunu qoyurdu.
Perri 2018-ci ildə Comedy Central kanalında yayımlanan "Tosh.0" serialında rol alıb.Comedy Central (November 4, 2018). "CeWEBrity Profile – Nikocado Avocado – Tosh.0" . YouTube O, sonralar özü üçün Cameo, TikTok, Twitter, Facebook, Instagram, Patreon və OnlyFans profilləri yaradıb. Perri ruh düşkünlüyü yaşayanda videolarına daha çox insanın baxmasını təmin etmək üçün aldadıcı (clickbait) video adlarından və thumbnail-lərdən (videoların üz qabığı) istifadə edir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:YouTuberlər Kateqoriya:Ukraynadan ABŞ-yə mühacirət edənlər