Səlahəddin Qartalı, əsasən şərqdə bir çox ölkələrdə işlənin heraldik qartal şəkilidir. Misir, İraq, BƏƏ, Fələstin və Yəmənnin dövlət gerblərində yer alır, lakin adı çəkilən ərəb ölkələri Səlahəddin Qartalını təmanən dəyişmiş, 1952-ci ildə çəkilmiş yeni formasını işlədirlər. Bu simvol, Əyyubilər dövlətinin qurucusu və Atabəy Nürəddin Zənginin xələfi olan hökumdar Səlahəddin Əyyubi işlətdiyi qartal şəkilini təmsil edir.

Tarixi Səlahəddin Əyyubi öz tayfasının sarı bayrağına Zəngilər və başqa türk tayfaları işlətdiyi Qartal şəkilini əlavə edərək şəxsi sancağı kimi işlətmişdir. Səlahəddinin dövləti vaxtında inşa edilən Qahirə Qalasının qərb divarında bir quşun barelyefi tikilib və, deyilənə görə, həmin Səlahəddin Qartalını təsvir edir, lakin bilinməyən səbəblərə görə o divardakı heykəlin başı qırıq vəziyyətdir; Osmanlı səyyahətçisi Övliya Çələbinin əsli olaraq qoşa başlı olduğunu iddia etdiyi bu qala divarındakı qartalın bu gün etibarıyla başı yoxdur. thumb|Səlahəddinin sancağı

Təsviri Tarixçi Jane Hathaway bildirdiyinə görə, Misir və Suriyada Fatimilər sonrası hakimiyyətə gələn Əyyubilər və Məmlüklərin hökmdarlarını sarı rəng əks edirdi.https://books.google.ch/books?id=L-lPC7DgepEC&pg=PA97 Jane Hathaway, A Tale of Two Factions: Myth, Memory, and Identity in Ottoman Egypt and Yemen (p. 97) Livanda nəşr olunan "Səlahəddin əl-Əyyubi: 12–13-cü əsrlərdə Şərq-Qərb münaqişəsinin tarixi" kitabında Səlahəddin işlətdiyi qartalın rəmzinin qırmızı, və arxa rənginin isə sarı olduğu bildirilir.https://www.google.com.tr/books/edition/%D8%B5%D9%84%D8%A7%D8%AD_%D8%A7%D9%84%D8%AF%D9%8A%D9%86_%D8%A7%D9%84%D8%A3%D9%8A%D9%88%D8%A8%D9%8A/u6xmAAAAMAAJ?hl=ru&gbpv=0&bsq=inauthor:%22%D9%82%D9%84%D8%B9%D8%AC%D9%8A%D8%8C%20%D9%82%D8%AF%D8%B1%D9%8A%22 صلاح الدين الأيوبي قصة الصراع بين الشرق والغرب خلال القرنين الثاني عشر والثالث عشر للميلاد Avropa heraldikasında işlənən işlənən qartallardan fərqli olaraq, bu quş qanadlarını yuxarı və ya yanlara deyil, aşağı tutur — bu, qartalın göyə uçmağını bildirə bilər.

İşlənməsi 1952-ci ildən Misir dövlət rəmzi kimi işlənilir. 1963-cü ildən İraq dövlət simvolikalarında yer alır. 1969–1971 illər arası Liviya emblemi kimi işlənilirdi. 1962–1990 illər arası Şimali Yəmən simvolu olmuşdur. thumb|1952-ci ildə çəkilmiş, Ərəb ölkələrində işlənən Səlahəddin Qartalı (Misirdə "Misir Qartalı" deyilir)

Bayraqlarda

Gerblərdə

See also

Misir gerbi İraq gerbi Fələstin gerbi Birləşmiş Ərəb Əmirlikləri gerbi Yəmən gerbi Liviya gerbi Qoşa başlı qartal

İstinadlar

Xarici keçidlər The emblem of Egypt's flag, A. R. E. — The Golden Eagle of Egypt, Flags of the World (website)

Kateqoriya:Səlahəddin Kateqoriya:Qahirə Kateqoriya:Misir mədəniyyəti Kateqoriya:Heraldika Kateqoriya:Milli simvollar Kateqoriya:Ərəb mədəniyyəti