Baba Mustafayev Xanlar oğlu — azərbaycanlı əməkdar məşqçi, Ulduz klubunun təsisçisi, hakim Ulduzları Yandıran Məşqi, 1999, səh.10 , keçmiş futbolçu və uşaq futbol məşqçisi, Ulduzları Yandıran Məşqçi, 1999, səh. 4 bədən tərbiyəsi müəllimi, Ulduzları Yandıran Məşqçi, 1999, səh.10 həmçinin Mingəçevir şəhər idman komitəsinin keçmiş sədri. Ulduzları Yandıran Məşqçi, 1999, səh.26

Həyatı və fəaliyyəti 1940-cı il yanvar ayının 17-də Samux rayonunun Mansarlı kəndində anadan olub.Ulduzları yandıran məşqçi, 1999, səh.9. Atasının Xanlar balıqçı, anası Güləsər evdar qadın olmuşdur. 40-cı illərin sonunda, Baba Mustafayev və ailəsi kəndi tərk edərək Mingəçevir şəhərinə köçməyə məcbur olurlar. Ulduzları Yandıran Məşqçi, 1999, səh.10

Mingəçebir şəhərinə köçükdən sonra, Baba Mustafayev futbolla maraqlanmağa başlayır. O "Azərelektroizolasiya" zavodunun komandasında çıxış etməyə başlayır. Həmçinin o dövrdə hakimlik də edirdi. Ulduzları Yandıran Məşqçi, 1999, səh.10

Baba Mustafayev, Rusiyanın "Penza" futbol klubunda hücumçu mövqeyində çıxış etmişdir. 1960-cı ildə, "Azərbaycan Bədən Tərbiyəsi" adlı texnikomun nəznində fəaliyyət göstərən "Gəncə Məşqçilər Məktəbində" oxumağa başlayır. 1962-ci ildə isə, məktəbi bitirir. Ulduzları Yandıran Məşqçi, 1999, səh.10 Bununla birlikdə 3, 6 və 13 nömrəli Mingəçevir şəhər məktəblərində idman müəllimliyi etməyə başlayır.

Bir müddət sonra isə o, uşaq futbolunun inkişafı üçün məşqçi kimi çalışmağa başlamışdır. O, Mingəçevir şəhərində Ulduz adlı futbol klubu yaratmış, 1967-ci ildə, SSRİ keçirilən, "Dəri Top" yarışlarında iştirak etmiş və ilk ildəcə çempion olmuşdur. Ulduzları yandıran məşqçi, 1999, səh. 4

1972-ci ildə Respublikanın əməkdar məşqçisi adına layiq görülüb. Ulduzları Yandıran Məşqçi, 1999, səh. 4,5

1974-cü ildə o, Mingəçevir şəhər idman komitəsinin sədri təyin olunur. 7 il bu işdə çalışır. Ulduzları Yandıran Məşqçi, 1999, səh.26

5 iyun 1993-cü ildə Baba Mustafayev vəfat edir Ulduzları Yandıran Məşqçi, 1999, səh.8

Ulduz Baba Mustafayevin "Ulduz" klubunda oynayan təcrübəli futbolçu olan Yuri Romenski ilk vaxtlar hücumçu mövqeyində çıxış etsə də, məhz onun sözü üzərində "qapıçı" olaraq oynamağa başladı.

İstinadlar

Kateqoriya:Samux rayonunda doğulanlar