Aleksandr Robert HirşAccording to the State of California. Center for Health Statistics, California Department of Health Services, Sacramento, California. Searchable at http://www.familytreelegends.com/records/39461 ( ) — amerikalı animasiyaçı, yazıçı, prodüser və səs aktyoru. O, Disney kanalında yayımlanan "Qraviti Fols" cizgi serialının yaradıcısıdır. Bu serialda o, Sten dayı, Zus, Bill Şifer və digər personajları səsləndirib. Bu işinə görə "BAFTA" və "Enni" mükafatına layiq görülüb.
Həyatı Aleksandr Robert Hirş 18 iyun 1985-ci ildə Kaliforniyanın Pyemont şəhərində dünyaya gəlib. Onun atası yəhudidir, ancaq o aqnostik kimi böyüdülüb, milad və hanukka bayramlarını qeyd edib. Hirş uşaq yaşlarında əkiz bacısı ilə birlikdə yay tətili üçün nənəsi ilə qalmağa gedirdi. O, "Qravity Fols" serialını uşaq ikən yaşadığı macəralardan ilhamlanaraq yaratmışdır. Hirş Kaliforniya İncəsənət İnstitutunu (CalArts) bitirib.
İstinadlar
Kateqoriya:ABŞ səs aktyorları Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar