Pol Frenklin Dano ( ) — ABŞ aktyoru. Karyerasına Brodvey tamaşalarında çıxışlar edərək başlayıb. 2001-ci ildə çəkilmiş "L.I.E." filmindəki roluna görə "Müstəqil ruh" mükafatına layiq görülüb. 2006-cı ildə rol aldığı "Balaca günəş işığı" filmi ilə geniş tanınma əldə edib. O, Pol Tomas Andersonun rejissorluğu ilə çəkilmiş "Qan töküləcək" filmində əkiz personajları canlandırıb. Bu filmdəki performansına görə aktyor "BAFTA" mükafatına namizəd göstərilib.

Həyatı Pol Dano Nyu-York ştatında yerləşən Nyu-York şəhərində anadan olub. Anası evdar qadın atası isə maliyyə məsləhətçisidir. Aktyorun özündən yaşca kiçik Sara adlı bacısı var.Grandjean, Pat, "First People" column, item titled "The Buzz", Connecticut Magazine, November 2006, p. 17. Pol uşaqlığını Nyu-York şəhərində böyüyərək keçirib və təhsil almaq üçün Browning School-a gedib. Dano uşaq ikən ailəsi ilə birlikdə Konnektikut ştatında yerləşən New Cannan şəhərinə köçüb. Bir müddət sonra onlar yenidən köçmək qərarına gəldilər və nəhayət, onlar Konnektikutdakı digər şəhər olan Wiltonda məskunlaşdılar. Pol Dano Viltondakı məktəbdə təhsilinə davam etmiş və 2002-ci ildə bu məktəbdən məzun olmuşdur. Pol daha sonra Nyu-York şəhərində yerləşən Eugene Lang kollecinə təhsil almağa yollanmışdır.

Filmoqrafiya Balaca günəş işığı (2006) Qan töküləcək (2007) Günün cəngavəri (2010) Rubi Sparks (2012) 12 illik əsarət (2013) Əsirlər (2013) Sahildəki adam (2016) Betmen (2022)

İstinadlar

Kateqoriya:ABŞ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:ABŞ musiqiçiləri Kateqoriya:ABŞ televiziya aktyorları