Mozambikdə islamçı üsyan — Mozambikin Kabu-Delqadu vilayətində hökumət ilə Mozambik qanunvericiliyini şəriət qanunlarına uyğunlaşdırmağa və beləliklə də ölkəni islam dövlətinə çevirməyə çalışan islamçı qruplaşmalar arasında silahlı münaqişə. Əsas fəal üsyançı qruplaşma "Ənsar əl-sünnə"dir.
İslamçı yaraqlıların terror hücumlarının əsas hədəfi mülki şəxslər olmuşdur. 2018-ci ilin ortalarından etibarən İslam Dövləti Mərkəzi Afrika vilayətinin Mozambikin şimalında da fəallaşdığı iddia edilir. Qruplaşma 2019-cu ilin iyununda Mozambik təhlükəsizlik qüvvələrinə qarşı ilk hücumunu öz üzərinə götürmüşdür. 2020-ci ilin birinci yarısında 2019-cu ildə olduğu qədər hücumlar həyata keçirilmişdir.
İstinadlar
Kateqoriya:Davam etməkdə olan döyüşlər Kateqoriya:Mozambikdə siyasət Kateqoriya:XXI əsr Kateqoriya:İslam terrorizmi Kateqoriya:Hərbi üsyanlar