və ya qısaca Daş Kilsə – Yaponiyanın Naqano prefekturasının Karuizava qəsəbəsində orqanik memarlıq üslubunda olan tikili. Yapon xristian evangelist lideri Uçimura Kanzoya həsr olunmuşdur.
Tarixi Daş Kilsə Yaponiyada qeyri-kilsə hərəkatının qurucusu olmuş xristian evangelist Uçimura Kanzonun xatirəsinə 1988-ci ildə tikilmişdir. O, dinin tikililərə əhəmiyyət verməməli olduğunu və dua etdiyin istənilən yerin kilsə olduğunu müdafiə edirdi. Kanzonun ideaologiyasından təsirlənən ABŞ memarı Kendrik Benqs Kelloqq onun fəlsəfəsini əks etdirmək üçün Yaponiyada bu cür tikili tikdirmək qərarına gəlmişdir.
Xüsusiyyətlər Daş Kilsə adlandırılmasına baxmayaraq tikili əsl kilsə deyil. Sekulyar kapelladan və Uçimura Kanzoya həsr olunmuş memorial zaldan ibarətdir. Orqanik memarlıq üslubunda olan kilsə daş tağlardan və şüşə panellərdən ibarətdir: şüşə qadını, daş kişini simvolizə edir. Daş və şüşə tağlar kilsəsnin tavanında şərqdən qərbə doğru qövs əmələ gətirir ki, bu, tikilinin içərisinə günəş işığının düşməsinə şərait yaradır. Burada tez-tez toy mərasimləri keçirilir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Yaponiya kilsələri Kateqoriya:Naqano prefekturası tikililəri Kateqoriya:Karuizava Kateqoriya:Orqanik memarlıq Kateqoriya:1988-ci ildə Yaponiyada yarananlar