Meskiana döyüşü — 698-ci ildə Şimali Afrikada Həsən ibn Numanın Əməvi qüvvələri ilə kraliça Dihyə arasında baş tutmuş döyüş.
Tarixçi İbn İzarinin yazdıqlarına görə, Karfageni məhv etdikdən sonra Həsən ibn Numan bütün Afrikanın ən güclü başçısı haqqında sorğu-sual etmişdir. Ona bildirilmişdir ki, bütün bərbərlərin itaət etdiyi kraliça Dihyədir və onu məğlub etsə, bütün Məğribi təslim etməyə nail olacaq.The History of Anti-Semitism, Volume 2: From Mohammed to the Marranos Leon Poliakov University of Pennsylvania Press
698-ci ildə Həsən ibn Numan Oresi ələ keçirməyə cəhd etmiş, lakin Dihyə tərəfindən məğlubiyyətə uğradılmış və Liviyaya geri çəkilməyə məcbur olmuşdur. Əməvi ordusu ağır itki vermiş və çoxlu sayda ərəb əsgəri əsir düşmüşdür.Présence berbère et nostalgie païenne: dans la littérature maghrébine de langue française Mohammed-Saâd Zemmouri Le Club du Livre Bu qələbədən sonra kraliça Dihyə təxminən beş il ərzində bütün Məğribin mübahisəsiz hökmdarı olaraq qalmışdır.Remarkable Jewish Women: Rebels, Rabbis, and Other Women from Biblical Times to the Present Emily Taitz, Sondra Henry Jewish Publication Society,History of North Africa: Tunisia, Algeria, Morocco: From the Arab Conquest to 1830 Charles André Julien PraegerThe Jews of North Africa: From Dido to De Gaulle Sarah Taieb-Carlen University Press of America,
İstinadlar
Kateqoriya:Əməvilər xilafətinin döyüşləri Kateqoriya:Bərbər tarixi