İsgəndər Həsən oğlu Quliyev () 2001-ci il yanvarın 7-də 53 saylı Astara seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü olub.
Həyatı
1 iyul 1938-ci ildə Astara rayonunun Artupa kəndində anadan olub. Orta təhsilini Ərçivan kənd Puşkin adına orta məktəbdə almışdır. 1960-cı ildə BDU-nun Tarix fakültəsinə qəbul olub. 1965-ci ildə ali təhsilini başa vurub. 1965-ci ildən BDU-nun Tarix fakültəsində elmi-pedaqoji fəaliyyətə başlamışdır. Tarix elmləri namizədi, dosentdir.
Ölümü
17 aprel 2024-cü ildə Bakı şəhərində vəfat edib.
Əmək fəaliyyəti
1965–1966-cı illərdə Astara rayonu Səncərli kənd orta məktəbində direktor müavini olub. 1966–1968-ci illərdə Astara rayonu, Səncərli kənd orta məktəbində direktor vəzifəsində çalışıb. 1970-h/h BDU-da əvvəlcə müəllim, baş müəllim daha sonra dosent vəzifəsində çalışıb. 2000–2005-ci illərdə İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.
Yeni Azərbaycan Partiyası üzvü olmuşdur.
Kitabları Xalq nəzarətinin Lenin prinsipləri. Elmi texniki inqilab və gənclər.
Təltifləri 2000-ci ildə Şöhrət Ordeni ilə təltif olunub.
İstinadlar
Kateqoriya:Astara rayonunda doğulanlar