Qaqa rəqs hərəkətləri dili və pedaqogikası Batsheva Dance Company direktoru və müəllimi Ohad Naharin tərəfindən hazırlanmışdır. Bu rəqs hərəkətləri texnikası bəzi İsrail müasir rəqslərində istifadə edilir, onun İsraildə və bir sıra digər ölkələrdə tədris olunan iki təhsil istiqaməti var:

Qaqa/Rəqqaslar - Batşeva Rəqs Şirkətinin gündəlik təlimini əhatə edən təlim keçmiş rəqqaslar üçün nəzərdə tutulur.

Qaqa/İnsanlar - heç bir rəqs təhsili tələb etməyən geniş ictimaiyyət üçün nəzərdə tutulmuşdur.

Bir çox rəqqaslar deyirlər ki, Qaqa dərsləri onların rəqsə olan ehtirasını yenidən alovlandırıb və öz azadlıqları və yaradıcılıqları ilə özlərini dərk etməklə hərəkətləri arasında əlaqə yaratmaq üçün bu yeni bir cərəyandır.

Qaqa tələbələri somatik təcrübə və müəllimin təsvir etdiyi təsvirlər əsasında öz hərəkətlərini improvizasiya edir ki, bu da qeyri-ənənəvi hərəkəti təşviq edən çərçivə təmin edir.dE_uWz1hH1ZMkZlj "Ohad Naharin Discusses Gaga Movement" , Retrieved December 15, 2015. Görüntülərlə diqqəti xüsusi bədən bölgələrinə yönəltməklə ifaçıların hərəkət ifadəliliyinə istiqamət verilir. Güzgülərdən istifadə edilmir, hərəkəti görməkdən daha çox hiss etmək və təsəvvür etməklə rəqslər idarə olunur.

Haqqında Qaqa hərəkət dili 1990-cı ildə rəqqas və Batsheva Dance Company - nin bədii rəhbəri Ohad Naharin tərəfindən yaradılmış və Naharinin rəqs və xoreoqrafiya sahəsindəki tədqiqatları ilə əlaqədar olaraq daha da inkişaf etdirilmişdir. Naharin Qaqanı aldığı bel zədəsinə reaksiya olaraq yaratmış oldu. Bu dil rəqqaslarla ünsiyyəti asanlaşdırmaq və onlara bədənlərinə qulluq etməkdə kömək etmək, eyni zamanda fiziki məhdudiyyətlərini yoxlamaq məqsədi daşıyır.Martha Schabas, Choreographer Ohad Naharin on developing the dance language Gaga The Globe and Mail Dil daxilindəki terminologiya çox vaxt həzz və azadlığı vurğulayır.Batsheva.co.il, Gaga Batsheva Dance Company Website İdeya ondan ibarətdir ki, ağıl bir çox işi öhdəsinə götürə bilər və bədən hələ də həzz almağa davam etdiyi müddətcə öz gücünü kəşf edə bilər; hərəkət maneəsiz ola bilər, çünki həzz zədələnmənin qarşısını alır. Bu istiqamət hərəkət vərdişlərini pozmağa imkan verir, hissiyyata diqqət yetirir.Ohad Interview, Interview Ohad Naharin on the Language of Gaga

Metodikası Qaqa sinfi bədən hisslərinə giriş imkanı verən təlimatlar toplusudur. Hər bir təlimat rəqqasa fiziki tədqiqat yaratmaq üçün zehni yanaşmalardan istifadə etməyə kömək etmək üçündür. Qaqa xüsusi metodikasından istifadə olunmasına baxmayaraq, faktiki mühitdən və cəlb olunan insanlardan asılı olduğu üçün vahid sinfi strukturu yoxdur.

Üzən hiss (“float” olaraq adlandırılır) - Float cazibə qüvvəsinin varlığını gözardı etmir. Bununla belə, bədən cazibə qüvvəsinə tab gətirmək və ağırlığa riayət etməkdənsə, cazibə qüvvəsinə enerji qüvvəsi kimi yanaşılır.KATAN-SCHMID, EINAV. EMBODIED PHILOSOPHY IN DANCE: Gaga and Ohad Naharin's Movement Research. PALGRAVE MACMILLAN, 2018. Naharin bu haqda: "Biz bədən hissələrimizin ağırlığını hiss edirik, lakin formamız cazibə qüvvəsi ilə formalaşmır." Gaga People, Gaga Gaga People website Əlavə olaraq, float rəqqasların şüur və aktivliyini gücləndirmək məqsədi daşıyır.KATAN-SCHMID, EINAV. EMBODIED PHILOSOPHY IN DANCE: Gaga and Ohad Naharin's Movement Research. PALGRAVE MACMILLAN, 2018. Page 123.

Lüğət Naharin rəqqasın Qaqa təcrübəsi boyunca aktivləşən bədən funksiyalarına xas Qaqa terminologiyasını da yaradıb.KATAN-SCHMID, EINAV. EMBODIED PHILOSOPHY IN DANCE: Gaga and Ohad Naharin's Movement Research. PALGRAVE MACMILLAN, 2018. Həmin terminoloji lüğət müxtəlif hərəkətləri ifadə edən "Biba", "Taşi", "Pika" və s. bu kimi sözlərdən və onların açıqlamasından ibarətdir.

Diqqəti həzzə yönəltmək Naharin, bədən hərəkətləri anlarında həzz hisslərini xüsusilə vurğulayır. Onun fikri bundan ibarətdir ki, həzz həmişə bədən üçün faydalıdır. Bədəni sağlam saxlamaq üçün hərəkətlər mütləq həzzlə əlaqələndirilməlidir.KATAN-SCHMID, EINAV. EMBODIED PHILOSOPHY IN DANCE: Gaga and Ohad Naharin's Movement Research. PALGRAVE MACMILLAN, 2018. Qaqa rəqs texnikası Parkinson xəstəliyindən əziyyət çəkən insanlar üçün fəaliyyət göstərən mərkəzlərdə də tədris olunur.

Estetik ambisiyaların sərbəst buraxılması Qaqa dili daxili hisslərə diqqət yetirir. Bu səbəbdən qeyd olunduğu kimi dərslər güzgüsüz keçirilir. Naharin ambisiyaların və ya maneələrin sərbəst buraxılmasını belə qeyd edir: "Biz axmaqlıq edib özümüzə gülə bilərik". Bu cür təlimat məhdudiyyətlər və gərginliklər olmadan kəşflər etməyə sövq edir.

Musiqili və ya musiqisiz rəqqaslar hərəkətlərinin dilinə, onun musiqisinə qoşulmağa təşviq olunur.KATAN-SCHMID, EINAV. EMBODIED PHILOSOPHY IN DANCE: Gaga and Ohad Naharin's Movement Research. PALGRAVE MACMILLAN, 2018. Page 156.

İstinadlar

Kateqoriya:İsrail Kateqoriya:İsrail mədəniyyəti Kateqoriya:Rəqs mədəniyyəti Kateqoriya:Rəqs kollektivləri Kateqoriya:Rəqs məktəbləri