Qəsr Əl-Vətən (; Vətən sarayı, və yaxud Millət sarayı) — Birləşmiş Ərəb Əmirliklərində prezident sarayı paytaxt Əbu-Dabidə yerləşir.

Tarixi Qəsr Əl-Vətən sarayının tikintisi 2017-ci ildə başa çatdırılmışdır.

Şeyx Xəlifə bin Zayed Əl Nəhayan (Əbu-Dabinin əmiri və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti) və Məhəmməd bin Zayed Əl Nəhayan (Əbu-Dabinin vəliəhdi və BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini) 2019-cu ildə sarayı ictimaiyyətin üzünə açdılar. Bua qədər saray yalnız rəsmi məqsədlər üçün, əsasən xarici dövlət rəhbərlərinin yerləşdirilməsi və ölkənin ali şurasının iclasları üçün istifadə olunurdu. Geniş ictimaiyyətin üzünə açıldıqdan sonra saray müxtəlif məqsədlər üçün istifadə olunmağa davam edir.

Açılış mərasimi 11 mart 2019-cu il tarixində baş tutdu. Açılış mərasimi Məhəmməd ibn Zayed və Məhəmməd ibn Rəşid əl-Məktum (BƏƏ-nin vitse-prezidenti və baş naziri və Dubay əmiri) tərəfindən təşkil edilmişdi. Avqust ayında səyahət və turizm saytı "Hotel and Rest" sarayı dünyanın ən yaxşı 20 incəsənət və mədəniyyət abidəsindən biri adlandırdı. 2020-ci ildə Qəsr Əl-Vətən Prezident Sarayı Yaxın Şərqdə aparıcı mədəni turistik məkan olaraq "World Travel Awards" mükafatına namizəd göstərilmişdi.

Memarlığı Binanın fasadı ağ qranit və əhəng daşı ilə üzlənmişdir. Bu səbəbdən saray əsasən ağdır və mürəkkəb dizayn və zəngin şəkildə bəzədilmişdir. Saray 37 m (121 fut) diametrli günbəzə malikdir. Bundan əlavə daxilində 350.000 kristal çilçıraq və bir neçə bölmə vardır. Günbəz şərqdən və qərbdən iki qanadla əhatə olunan "Böyük Zal" kimi tanınan mərkəzi kameranın üstündə durur.

Şərq qanadı Şərq qanadında bir sıra artefaktların, hədiyyələrin saxlanıldığı "Bilik Evi" yerləşir. Saxlanılan əşyalar arasında başqa ölkələrdən gələn rəsmilər tərəfindən verilən hədiyyələr də daxildir. "Bilik Evi"ndə həmçinin Müqəddəs kitabdan 2 dini mətn: Quran (Birmingem əlyazmasının surəti daxil olmaqla) və İncil (Davudun Zəburu da daxil olmaqla) daxildir. Burda ölkənin mədəni, sosial və siyasi tarixini sənədləşdirən 50.000-dən çox kitaba malik kitabxana da var.

Qərb qanadı Qərb qanadında BƏƏ Nazirlər Kabinetinin iclaslarının və İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Şurası kimi beynəlxalq təşkilatların sammitlərinin keçirildiyi "Əməkdaşlıq Ruhu otağı" kimi tanınan otaq var.

İstinadlar

Xarici keçidlər Abu Dabi Prezident Sarayının içərisində (Gulf News на YouTube)

Kateqoriya:Prezident sarayları Kateqoriya:Əbu-Dabi Kateqoriya:2017-ci ildə tamamlanmış binalar və tikililər Kateqoriya:BƏƏ-də siyasət Kateqoriya:BƏƏ-də turizm Kateqoriya:Rəsmi iqamətgahlar