Ferdinand Lemkul — Azərbaycanda fəaliyyət göstərmiş mühəndis texnoloq, memar.

1880-1889-cu illərdə Bakı şəhər Dumasında mühəndis texnoloq kimi fəaliyyət göstərib. Bakıda onlarla binanın tikintisində iştirak edib.

Haqqında Ferdinand Lemkul 1823-cü ildə anadan olub. Milliyətcə almandır. 1880-ci ildən 1889-cu ilə qədər Bakı şəhər Dumasında mühəndis texnoloq kimi fəaliyyət göstərib. Bakıda onlarla binanın tikintisində iştirak edib. İlk işi 1880-ci ildə layihələndirdiyi "Günəş saatı" olub. Əsas layihələri bir-iki mərtəbəli yaşayış evləri olub. Bu evlər əsasən o dövrdə şəhərin Kubinka, Qanlı-Təpə, Dağüstü, Çəmbərəkənd rayonlarında və İçərişəhərdə tikilib. 1883-cü ildə tikilmiş memarı Xrisanf Vasilyev olan Tağıyevin Teatrının tikinti işlərinə rəhbərlik edib. 1909-cu ildə İohann Beppl və İohann Bekin ianəsi ilə Annenfelddə roman qotik üslubunda tikilmiş Lüteran kilsəsinin memarı olub.

Həmçinin bax İohann Edel Adolf Eyxler

İstinadlar

Kateqoriya:Əlifba sırasına görə memarlar Kateqoriya:Azərbaycan memarları