Çayqovuşan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun İstisu kənd inzibati ərazi dairəsində kənd. 30 iyun 2009-cu il tarixli 851-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə İsmayıllı rayonunun Çayqovuşan kəndi Qalacıq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi İstisu kəndi olmaqla, İstisu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.

Coğrafiyası və iqlimi Kənd Qalacıq turizm zonasında, Göyçay çayının sağ sahilində yerləşir. İsmayıllı–Qalacıq daxili turist marşrutu, İsmayıllı–Qalacıq–Quba və İsmayıllı–Qalacıq–Qəbələ turist marşrutları kənddən keçir. Kəndə avtomobillə getmək olar.

Əhalisi İsmayıllı rayon İcra Hakimiyyətinin saytından məlumata əsasən, kəndin ilk sakinləri Dağıstandan gəlmiş ləzgilər idi, sonradan Bığır kəndinin dağılmasına görə Bığırın əhalisi də Çayqovuşana köçür. Saytda olan məlumata əsasən, hal hazırda kəndin əhalisini ləzgilər və lahıclar təşkil edir.

Əhalisi 140 nəfərdir ki, onun da 72 nəfəri kişi, 68 nəfəri qadındır.

İqtisadiyyatı Əhali bağçılıq, bostançılıq, taxılçılıq və heyvandarlıqla məşğul olur. Kənd işıqla təmin olunur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:İsmayıllı rayonunun kəndləri