Amerika Birləşmiş Ştatları Ticarət Nazirliyi (; DOC) — iqtisadi artım və imkanlar üçün şərait yaratmaqla məşğul olan ABŞ federal hökumətinin icra hakimiyyəti orqanı. Onun vəzifələri arasında biznes və hökumət qərarlarının qəbulu üçün iqtisadi və demoqrafik məlumatların toplanması və sənaye standartlarının müəyyənləşdirilməsinə köməklik daxildir. Onun əsas məqsədi iş yerləri yaratmaq, iqtisadi artımı təşviq etmək, davamlı inkişafı təşviq etmək və digər xalqların zərərli ticarət təcrübələrini isə əngəlləməkdir.Steve Charnovitz, "Reinventing the Commerce Dept.", Journal of Commerce, July 12, 1995. 1903-cü ildə yaradılmış bu nazirliyə birbaşa ABŞ Prezidentinə hesabat verən və prezidentin Nazirlər Kabinetinin üzvü olan Ticarət Naziri rəhbərlik edir. Ticarət Departamentinin baş ofisi Vaşinqtonda, Herbert C. Hoover binasında yerləşir.

İstinadlar

Kateqoriya:İqtisadiyyat nazirlikləri Kateqoriya:ABŞ nazirlikləri Kateqoriya:ABŞ Ticarət Nazirliyi