thumb|ABŞ prezidenti Vilyam Mak-Kinli "saman adam"a və onu inşa edənlərə (Karl Şurz, Osvald Villard, Riçard Olni) topla (Mak-Kinlinin Məktubu adında) atəş açır. Başlıq: "SMASHED!", Harper's Weekly jurnalı, 22 sentyabr 1900 Saman adam — müzakirə olunan arqumentdən fərqli bir arqumenti təkzib etməklə, aradakı fərqi tanımadan və ya qəbul etmədən edilən qeyri-formal məntiq xətası. Bunla məşğul olan birinin "saman adama hücum etdiyi" deyilir.
Tipik "saman adamı" arqumenti, qarşı tərəfin irəli sürdüyü təklifi gizli şəkildə başqa bir təkliflə əvəz etməklə və sonra həmin saxta arqumenti təkzib etməklə ("saman adamı qurmaq" və "saman adamını yıxmaq"), əslində isə qarşı tərəfin arqumentini deyil, yanlış təqdim edilmiş bir versiyanı rədd etməklə onun mövqeyini ifşa etdiyini və ya məğlub etdiyini göstərən bir illüziya yaradır. Saman adamı arqumentləri tarix boyu polemik debatlarda, xüsusən də yüksək emosional mövzularda istifadə edilmişdir.
İstinadlar
Xarici keçidlər The Straw Man Fallacy at the Fallacy Files Straw Man, more examples of straw man arguments
Kateqoriya:Xətalar Kateqoriya:Tənqidi düşünməyə qarşı maneələr Kateqoriya:Məntiqi səhvlər Kateqoriya:Ədəbiyyat terminləri Kateqoriya:Ritorika