Open Web Foundation (OWF) — inkişaf etməkdə olan veb texnologiyaları üçün spesifikasiyaların hazırlanması və qorunmasına həsr olunmuş ABŞ qeyri-kommersiya təşkilatı. Fond "Apache Software Foundation" (ASF) kimi açıq mənbə modelini izləyir. İştirak edən şəxslər arasında "Apache"nin vitse-prezidenti və idarə heyətinin üzvü Geyr Maqnusson və "O'Reilly Media"nın baş direktoru Tim O'Rayli var.
Tarixi "Open Web Foundation" 24 iyul 2008-ci ildə "O'Reilly Open Source Convention" (OSCON) elan edilmişdir. "Facebook", "Google", "MySpace", "Six Apart", "Plaxo" və s. OWF-i dəstəklədiyini açıqlamışdır. OWF vasitəsilə "Google" və "Facebook" indi "Facebook Connect" və "OpenSocial" platformaları arasındakı fikir ayrılıqlarını həll edə biləcəkləri uyğun məkana sahibdirlər, həmçinin istifadəçilərinin bir-biri ilə əlaqə saxlaması üçün standart üsul üzərində işləyirlər. OWF, həmçinin bu protokolların və inkişaf etməkdə olan texnologiyaların qarşılıqlı əlaqəsinə dair texniki təfərrüatları, eləcə də siyasət təfərrüatlarını təqdim edir.
Tənqidi 2008-ci ildə "Microsoft"dan Dare Obasanxo "Open Web Foundation"nun əməkdaşlarının IETF və ya digər tənzimləmə standartlarından yan keçməkdə ittiham etmişdir.
Sənaye dəstəyi Veb saytına görə, "Open Web Foundation" aşağıdakı şirkətlər və təşkilatlar tərəfindən dəstəklənir:
BBC Facebook Google Microsoft Myspace O'Reilly Plaxo Six Apart SourceForge Vidoop Yahoo
İdarəetmə "Open Web Foundation" üzvlük əsaslı bir təşkilatdır. Fondun üzvləri doqquz nəfərdən ibarət İdarə Heyətini seçirlər.
17 avqust 2009-cu il tarixinə seçilmiş hazırkı İdarə Heyətinin üzvləri:
Breydi Brim-DeForest Tantek Çelik DeVitt Klinton Kris Messina Devid Rekordon Lourens Rozen Devid Rudin Geyb Vaçob
Həmçinin bax
Apache Software Foundation Ümumdünya Şəbəkəsinin tarixi Açıq standart Veb platforması
İstinadlar
Xarici keçidlər
The Open Web Foundation Web Site Kateqoriya:2008-ci ildə yaradılmış təşkilatlar Kateqoriya:Azad proqram təminatı