Qırmızı cəngavər () — 1958-ci ildən 1969-cu ilə qədər fəaliyyət göstərən Kanada Hərbi Hava Qüvvələrinə məxsus aerobatika komandası

Tarix Xidməti dövründə Qırmızı cəngavər dörd fərqli bazadan on yeddi fərqli pilot tərəfindən havalanıb.Dempsey 2002, p. 709. 1961-ci ildən başlayaraq ikinci Qırmızı cəngavər təyyarəsi komandaya qoşuldu və bəzən birlikdə və ya ayrı-ayrı yerlərdə müxtəlif yerlərdə uçuşlar həyata keçirirdilər. 21 avqust 1963-cü ildə Hərbi Hava Qüvvələri Gününə həsr olunmuş hava şousunda iki Qırmızı Cəngavərin iştirakı ilə qəza baş verdi. Bundan sonra komandaya uçuşlara davam etməyə icazə verilsə də cüt uçuşlar qadağan olundu. Fəaliyyəti dövründə piltoların ölümü ilə nəticələnən daha bir neçə qəza baş verdi. Büdcə çatışmazlığı və kadrların ixtisarı səbəbindən Qırmızı Cəngavər proqramı 1969-cu ildə ləğv edildi.Dempsey 2002, p. 222.

İstinadlar

Kateqoriya:Aerobatika komandaları