Sumağallı — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Sumağallı kənd inzibati ərazi dairəsində kənd. 27 mart 2001-ci il tarixli 110-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə İsmayıllı rayonunun Sumağallı kəndi Qalacıq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi bu kənd olmaqla, Sumağallı kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Coğrafiyası və iqlimi Kənd "Şirinsu–Qız qalası" turizm zonasında, İsmayıllı–Qəbələ şossesinin 22-ci km-də, yoldan 1 km kənarda yerləşir. İsmayıllı–Qalacıq daxili turist marşrutu, İsmayıllı–Qalacıq–Quba və İsmayıllı–Qalacıq–Qəbələ turist marşrutları və rayon ərazisindən keçən əsas turist marşrutu. Kəndin ərazisindən Göyçay çayi keçir.

Əhalisi Əhalisi 858 nəfərdir ki, onun da 427 nəfəri kişi, 431 nəfəri qadındır. Qeyri–rəsmi məlumatlara əsasən Sumağallı kəndi ləzgi və azərbaycanlılardan ibarət qarışıq əhaliyə sahibdir.SİL (Summer Institute of Linguistics) İnternational Electronic Survey Reports 2005: The sociolinguistic situation of the Lezgi in Azerbaijan

İqtisadiyyatı Əhali bağçılıq, bostançılıq, taxılçılıq və heyvandarlıqla məşğul olur. Kənd işıqla təmin olunur. Kəndin ərazisində yeməkxana ilboyu fəaliyyət göstərir. Kəndə yaxın məsafədə "Maydərsi" adlanan yerdə istirahət mərkəzi tikilmişdir. İstirahət zonasının adı "GreenHouse"dir.

Təhsil Kənddə 1 uşaq bağçası və 1 orta məktəb fəaliyyət göstərir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:İsmayıllı rayonunun kəndləri