Uels şahzadəsi Vilyam (), tam adı Vilyam Artur Filip Luis (; ) — Böyük Britaniya kralı III Çarlzın və onun birinci həyat yoldaşı, Uels şahzadəsi Diananın böyük oğludur. O, 2022-ci il 8 sentyabrdan Britaniya taxt-tacının varisidir.
Həyatı Vilyam 21 iyun 1982-ci ildə axşam saat 9-da Londonun Paddinqton rayonunun Müqəddəs Meri xəstəxanasında anadan olub. O, kral sarayından kənarda doğulan ilk vəliəhd şahzadə oldu. O, doğulan kimi paparassilərin diqqət obyektinə çevrildi. Artıq doğum evindən çıxarkən gələcək vəliəhd Vilyam şahzadə Çarlz və şahzadə Diana və onların körpəsi ilk dəfə foto çəkmək istəyən çoxsaylı fotoqrafların kameralarına tuş gəldi.
4 avqust 1982-ci ildə şahzadə Bukingem sarayında Kanterberi arxiyepiskopu Robert Runsi tərəfindən vəftiz olundu və Vilyam Artur Filip Luis adını aldı.
Vilyamın Şahzadə Harri adlı kiçik qardaşı var (1984-cü il təvəllüdlü).
Gələcək Uels şahzadəsi 1990–1995-ci illərdə Berkşirdəki Lüdqrov internat məktəbində oxuyub. Viliyam dörd tələbə ilə bir otaq paylaşmış və bütün vəzifələri digərləri ilə bərabər yerinə yetirmişdi. Məktəbdə hokkey və reqbi komandalarının kapitanı olub. O, üzgüçülüklə məşğul olub, futbol və basketbolu yaxşı oynayır, həmçinin marafon qaçış yarışlarında dəfələrlə məktəbi təmsil edirdi.
Məktəbdən sonra Vilyam coğrafiya, biologiya və incəsənət tarixini öyrəndiyi məşhur İton kollecinə daxil olur. Şahzadə həmişə çalışqan tələbə idi və həm əsas fənlərdən, həm də təhsildə yaxşı qiymətlər alır və həmyaşıdları ilə asanlıqla ümumi dil tapırdı. Ünsiyyətcilliyi, təbii nəzakəti və təvazökarlığı sayəsində tamamilə təkəbbürsüzlüklə tez bir zamanda dost və tanışlar qazandı. Kollecdə o, ayrı otaqda yaşayırdı və təhlükəsizlik baxımından ayrı hamam otağından istifadə edirdi.
Vilyamın valideynləri 1996-cı ilin avqustunda boşandıqda, şahzadə buna çox üzüldü. O, həmişə atasından çox anasına yaxın olub. Boşandıqdan sonra da kral ailəsinin üzvü sayılan və Kensinqton sarayında yaşayan şahzadə Diana uşaqlarla çox ünsiyyət qurub.
Şahzadənin həyatında böyük zərbə 1997-ci il avqustun 31-də anası şahzadə Diananın Parisdə avtomobil qəzasında həlak olması ilə oldu. Şahzadə faciə haqqında yalnız sentyabrın 1-də atasından öyrəndi, çünki Şahzadə Çarlz uşaqlara evdə radioya qulaq asmağı qadağan etmişdi. Vilyam dəfn mərasiminin təşkilində iştirak edib. O və qardaşı Şahzadə Harri dəfn mərasiminin keçirildiyi Vestminster abbatlığına qədər analarının tabutunun ardınca cənazə mərasimi keçiriblər. Anasının ölümündən sonra Vilyam öz istəyi ilə psixoanalitikin yanına gedib. Bu dövrdə Vilyamın mətbuata qarşı uzun müddət davam edən düşmənçiliyi son həddə çatıb. O, anasının ölümündə paparassiləri günahlandırırdı.
2000-ci ilin iyulunda İton kollecini bitirdikdən sonra şahzadə bir çox tələbələr kimi bir il təhsilinə fasilə vermək qərarına gəldi. O, çox səyahət etdi, Çiliyə səfərə getdi. Xeyriyyəçilikdə fəal iştirak edib, Afrika ölkələrinə səfər etdi və hətta İngilis süd fermasında işlədi. Bir ildən sonra Şahzadə Vilyam Şotlandiyanın nüfuzlu Sent-Endryus Universitetinə daxil olmaq qərarına gəlir və tezliklə tələbə adını qazanır. Şahzadə, kraliçanın özünün nəzarəti altında Vindzor qəsrində keçirdiyi Afrika üslubunda bir ziyafətlə (İngiltərə qanunlarına görə, 21 yaşında yetkinlik başlayır) yetkinlik yaşını qeyd etdi.
Şahzadənin 2005-ci ildəki diplom işi mərcan rifləri ilə bağlı olub. O, universiteti çox yaxşı nəticələrlə bitirib və bu baxımdan Kembric məzunu olan atasını üstələyib.
İctimai fəaliyyəti və vəliəhd olması 250px|thumb|right|Şahzadə Vilyam 2010-cu ildə "Trooping the Color"da Kral Hərbi Hava Qüvvələri formasında Universiteti bitirdikdən sonra bir müddət şahzadə Vilyam işləmiş və ictimai faydalı fəaliyyətlə məşğul olub. Məsələn, o Yeni Zelandiyada Vellinqton və Oklend şəhərlərində İkinci Dünya Müharibəsinin başa çatmasının 60 illiyinə həsr olunmuş şənliklərdə II Elizabetin nümayəndəsi kimi iştirak etmişdir.
2006-cı ilin may ayında Şahzadə Vilyam Sandhurst Kral Hərbi Akademiyasına daxil oldu. 2006-cı ilin dekabrında o, zabit vəzifəsinə təyin edildi və "Royal və Blue" alayına daxil oldu. Bu baxımdan onun karyerası kişi əcdadlarının karyerasından heç də fərqlənmirdi. Qeyd edək ki, Böyük Britaniyada istənilən potensial monarxın zabit rütbəsi olmalıdır. Çünki o, monarx olduqdan sonra rəsmi olaraq ölkənin silahlı qüvvələrinə rəhbərlik edir.
Kranvelldə pilot məktəbini bitirdikdən sonra Kral Hərbi Hava Qüvvələrində xidmətə başlayaraq, kapitan (uçuş leytenantı) rütbəsinə yüksəldi. 2013-cü ilin sentyabr ayına qədər o, xilasedici helikopter pilotu idi və 2011-ci ilin noyabr ayının sonunda batmış "Svanland" gəmisindən rus dənizçilərinin xilas edilməsi əməliyyatında iştirak etdi.
2015-ci ildən 2017-ci ilə qədər şahzadə "East Anglian Air Ambulance" xeyriyyə təşkilatı üçün təcili yardım helikopterinin pilotu olub.
2006-cı ilin mayında Şahzadə Vilyam əmisi York hersoqunun yerinə İngiltərə Futbol Assosiasiyasının prezidenti oldu. Fəal idmançı, eləcə də Birminhem futbol klubu olan "Aston Villa" azarkeşi olmaqla o, futbola mümkün qədər çox uşaq cəlb etmək arzusunda olduğunu bildirib.
8 sentyabr 2022-ci ildə Vilyamın nənəsi II Elizabet vəfat etdikdən və atası Şahzadə Çarlz Kral III Çarlz olduqdan sonra o, atası vasitəsilə Britaniya taxt-tacının varisi oldu. O, həmçinin Kornuoll və Rotsey hersoqu, Kerrik qrafı, Renfru baronu, Adalar krallığı lordu və Şotlandiyanın Şahzadə və Böyük Stüardı baron titullarını miras aldı. Eyni zamanda, ənənəvi olaraq Britaniya taxtının varisləri tərəfindən daşınan Uels şahzadəsi və Çester qrafı titulları avtomatik olaraq miras alınmır, onlar kral tərəfindən yenidən verilməlidir. Sentyabrın 9-da III Çarlz televiziya ilə xalqa müraciətində oğluna Uels şahzadəsi titulunun verildiyini elan etdi (o, bu titulu ingilis və uels dillərində tələffüz etdi). Bu andan etibarən Vilyam rəsmi olaraq Uels Şahzadəsi adlandırıldı. Baxmayaraq ki, "Uels Şahzadəsi" və "Çester Qrafı" titulları üçün rəsmi patent yalnız 13 fevral 2023-cü ildə kral tərəfindən verilmişdir.
Ailəsi
250px|thumb|left|Ketrin və Şahzadə Vilyamın toyundan kadr Şahzadə Vilyam Sent-Endryus Universitetində oxuyarkən Ketrin Elizabet Middleton ilə tanış olur. 2002-ci ildən artıq dost olan Vilyam və Keyt Fayfedə bir ev, 2003-cü ildən isə bir bağ evi kirayə edirlər. Onların romantik münasibətlərinin başlanğıcı da bu dövrə təsadüf edir. Tələbə tətilləri zamanı Şahzadə Vilyam və Keyt bir neçə dəfə birlikdə səyahətə çıxırlar. 2003-cü ildə Keyt şahzadənin iyirmi birinci doğum gününə dəvət olunan az sayda yaxın dostlar arasında olub.
2010-cu il noyabrın 16-da "Klarens-haus" şahzadə Vilyamın uzun müddət sevgili olduğu Ketrin Middltonla Londonda 2011-ci ilin yaz və ya yayında evlənəcəyini elan etdi.Clarence House His Royal Highness Prince William of Wales and Miss Catherine Middleton are engaged to be married (англ.). Queen's Printer (16 noyabr 2010). Проверено 18 ноября 2010. 23 мая 2012 года.Принц Уильям обручился со своей возлюбленной , Lenta.ru (16 ноября 2010). Проверено 4 февраля 2012. Onlar 2010-cu ilin oktyabrında Keniyada istirahətdə olan zaman nişanlandılar. Kembric Hersoqu Vilyam atasının anası – Uels şahzadəsi Dianaya bağışladığı həmin nişan üzüyünü Ketrin Middltona təqdim etdi;Royal wedding: Prince William to marry Kate Middleton (англ.), BBC (16 noyabr 2010). Проверено 16 ноября 2010. 12 karat oval sapfir və 14 dairəvi brilliant ilə 18 karat ağ qızıldan üzük idi. Təxminən eyni vaxtda elan olundu ki, cütlük toydan sonra şahzadə Vilyamın Kral Hərbi Hava Qüvvələrinə təyin edildiyi Uelsdə – Anqlisi adasında yaşayacaq.Horton, Nick. 'Royal' Anglesey, William and Kate's island of love (англ.), BBC (16 noyabr 2010). Проверено 22 декабря 2010.
Şahzadə Vilyam açıqlamasında bildirmişdir ki, o, bu münasibətlərdən çox xoşbəxtdir.They have been practising long enough: Charles and Camilla welcome 'wicked' news of engagement (англ.) (16 noyabr 2010). Проверено 28 ноября 2010. Kraliça II Elizabet də bu cütlüyə görə çox şad olduğunu bildirdi və o, 1772-ci ildən kral ailə üzvlərinə nikah haqqında qanunauyğun olaraq tələb olunan rəsmi nikaha razılıq verdi.Gibson, William (2 dekabr 2010). "One gives one's blessing ". The Times Higher Education(Oxford Brookes University). Проверено 16 dekabr 2010. Kraliça baş nazirlərin təbriklərini qəbul etdi,Office of the Prime Minister of Canada Statement by the Prime Minister of Canada on the engagement of HRH Prince William to Kate Middleton (англ.). Queen's Printer for Canada (16 noyabr 2010). Проверено 5 января 2011. 23 мая 2012 года.NZealand PM congratulates Prince William on engagement (англ.) (17 noyabr 2010). Проверено 5 января 2011.Royal wedding: Prince William to marry Kate Middleton (англ.), BBC (16 noyabr 2010). Проверено 5 января 2011. onların içində Avstraliyanın baş naziri Culiya Gillard da var idi.Royal wedding revives republic debate (англ.), News Limited (17 noyabr 2010). Проверено 2 декабря 2010. Nişan elanından sonra cütlük "ITV News"un siyasi redaktoru Tom Bradbiyə eksklüziv müsahibə verdiVIDEO – An interview with Prince William and Miss Catherine Middleton. ITV News & Office of the Prince of Wales. Проверено 6 марта 2011. və Sent-Ceyms sarayında fotosessiya etdi.Bradby, Tom. William & Kate interview (англ.), ITV (16 noyabr 2010). Проверено 16 ноября 2010.As it happened: Royal engagement (англ.), BBC (16 noyabr 2010). Проверено 5 января 2011. 12 dekabr 2010-cu ildə nişan mərasiminin şəkillərini Bukingem sarayı rəsmi yayımladı. Onlar fotosessiyanı 25 noyabrda fotoqraf Mario Testino ilə Sent-Ceyms sarayında etdilər.Royal wedding: William and Kate pose for Testino photos (англ.), BBC (12 dekabr 2010). Проверено 16 декабря 2010.Clarence House The official engagement photographs of Prince William and Catherine Middleton (англ.). Queen's Printer. Проверено 5 января 2011. 23 мая 2012 года.
Cütlük elan edib bildirmişdir ki, toy 2011-ci ilin yaz və ya yayında olacaq. 23 noyabr 2010-cu ildə nikah tarixi təsdiq edildi: 29 aprel 2011-ci il cümə günü. Daha sonra bildirildi ki, həmin gün Birləşmiş Krallığın bütün ərazisində dövlət bayramı olaraq elan olunacaq.Royal wedding set for Westminster Abbey on 29 aprel (англ.), BBC (23 noyabr 2010). Проверено 26 ноября 2010.Royal wedding celebration as workers given public holiday (англ.), Herald Scotland (24 noyabr 2010). Проверено 25 ноября 2010. Toyun tarixi Bermud adalarında, Kayman adalarında, Men adasında, Cəbəli-Tariqdə, Cersidə, Folklend adalarında, Montserrat, Törks və Kaykos adalarında rəsmi dövlət bayramı elan edildi.Turks and Caicos Declare Royal Wedding Public Holiday (англ.), Q++ Studio (27 fevral 2011). Проверено 28 апреля 2011.Montserrat's Chief Minister Invited to Royal Wedding and Public Holiday Declared (англ.), Montserrat Tourist Board (26 aprel 2011). Проверено 28 апреля 2011.Royal wedding fever hits some in Caribbean countries (англ.), Jamaica Gleaner (28 aprel 2011). Проверено 28 апреля 2011. Toyun tarixi Şotlandiya parlament seçkiləri və referendumundan altı gün əvvəl olduğu üçün bu siyasi bəyanatlara səbəb oldu.Patrick Wintour. Cameron dismisses royal wedding date clash claims , UK news (англ.), The Guardian (23 noyabr 2010). Проверено 29 апреля 2011.Royal wedding date: Lib Dems fear April clash with Alternative Vote referendum (англ.). The Daily Mail. 23 may 2012.David Cameron ignores calls to rearrange alternative vote referendum over royal wedding date (англ.). mirror.co.uk. Arxivləşdirilib 23 may 2012 года.Bernstein, Jon Will the royal wedding create a "Yes mood" for the pro-AV campaign? (англ.). New Statesman (11 fevral 2011). Проверено 29 апреля 2011. 23 мая 2012 года. 280px|thumb|right|Uels şahzadəsi Ketrin həyat yoldaşı Uels şahzadəsi Vilyam uşaqları ilə 2019-cu ildə