Orxan Sümer () — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.

Həyatı Orxan Sümer 2 mart 1963-cü ildə Adana ilində anadan olub.

Ticarətlə məşğul olub, yanacaqdoldurma məntəqəsi rəhbəri olub və inşaat sahəsində çalışıb. Adana Ticarət Palatası, Adana Atlı Spor Klubu, Adana Dəmirspor Klubu, Adana Çuxurova Klubunda üzv olaraq təmsil olunub.

Siyasətə 1987-ci ildə Cümhuriyyət Xalq Partiyasında qoşulub. CHP Yüreğir ilçə sədri, CHP Adana il İdarə Heyətinin üzvü vəzifələrində təmsil olunub. 2001-2004-cü və 2011-2014-cü illərdə CHP Adana il sədri olub. 2018 və 2023-cü illərdə Adana ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 27 və 28-ci çağırışlarda TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü olub.

Evli və 2 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:Cümhuriyyət Xalq Partiyasının üzvləri Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyə akademikləri