Ayxan Barut () — aqrar mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.
Həyatı Ayxan Barut 1964-cü ildə Adana ilinin Karataş ilçəsində anadan olub. Çuxurova Universitetinin Kənd təsərrüfatı maşınları bölməsinindən məzun olub.
13 il Adana Ticarət Palatasında Məclis üzvü, Mühəndis və Memarlar Palataları İttifaqı (TMMOB) Kənd Təsərrüfatı Mühəndisləri Palatası Adana şöbəsində sədr müavini (1994–1996) və sədr (2000–2008) vəzifələrində təmsil olunub.
Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. CHP Çuxurova ilçə və CHP Adana il sədri olub. 2018 və 2023-cü illərdə Adana ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 27 və 28-ci çağırışlarda TBMM Kənd təsərrüfatı və meşə məsələləri Komissiyasının üzvü olub.
İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.
İstinadlar
Kateqoriya:Cümhuriyyət Xalq Partiyasının üzvləri Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları