Azərbaycan Respublikasının xalq artisti — Azərbaycan Respublikasında incəsənətin teatr, kino və musiqi sahələrində böyük yaradıcılıq uğurları qazanmış sənətkarlara verilən fəxri ad.

Fəxri adın verilmə üsulu Azərbaycan Respublikasının Prezidenti fəxri adı fərdi təşəbbüslə, habelə Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təklifi ilə verir.

Fəxri ad adətən Azərbaycan Respublikasının vətəndaşlarına verilir, lakin digər ölkələrin vətəndaşlarına da verilə bilər.Azərbaycan Respublikasının Fəxri adları haqqında ƏSASNAMƏ Qanun.az Əsasnaməyə görə, Azərbaycan Respublikasının eyni fəxri adı bir şəxsə təkrar verilmir.

Fəxri ada layiq görülən şəxs aşağıdakı hallarda fəxri addan məhrum edilə bilər:

Fəxri ad almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda Fəxri ad almış şəxs onu ləkələyən xata törətdikdə

Təsis olunması "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı ilk dəfə Azərbaycan Respublikasının Prezidenti Ayaz Mütəllibovun 4 may 1991-ci tarixli sərəncamına əsasən təqdim olunmuşdur. Həmin sərəncamla fəxri ad birinci dəfə Nəriman Əzimov, Ofelya Sənani və Roza Tağıyevaya verilmişdir. 1991–1993-cü illərdə fəxri adın verilməsinə davam edilmiş və 24 iyun 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən bu praktikaya son qoyularaq onun təqdim olunması dayandırılmışdır. Fəxri ad 22 may 1998-ci ildə hüquqi baxımdan təsis olunmuş və onu 1991–1993-cü illərdə almış şəxslər üçün öz qüvvəsini saxlamışdır.

Döş nişanı və vəsiqəsi "Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülən şəxslərə Azərbaycan Respublikasının fəxri adının sertifikatı və döş nişanı verilir. Döş nişanı sinə hissəsinin sağ tərəfində taxılmalıdır.

1998 – 2008 2009 – indiyə kimi Döş nişanı 95px 100px Fəxri ad vəsiqəsi 80px 125px

Həmçinin bax Azərbaycan SSR xalq artisti Azərbaycan Respublikasının xalq artistlərinin siyahısı Azərbaycan Respublikasının dövlət təltifləri Azərbaycanın fəxri adları Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi

Qeydlər

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikasının fəxri adları