– Yaponiya bəstəkarı və aktyoru. Bəstələdiyi minlərlə televiziya reklamı musiqilərinə və anime mahnılarına tanınır.

Həyatı Asey Kobayaşi 1932-ci ildə Tokio şəhərində doğulmuş və Keyo Universitetindən məzun olmuşdur. Şirkətlərin birində işlədikdən sonra bəstəkar Tadaşi Hattorinin tələbəsi olmuşdur.

1961-ci ildə "Renown" adlı geyim şirkəti üçün bəstələdiyi "Wansaka Musume" adlı cinqldan sonra tanınmışdır. Bundan sonra bir çox şirkət üçün televiziya reklamı musiqisi hazırlamağa davam etmişdir: "Hitachi" ("Konoki nannoki"), "Suntory" ("Yoru ga kuru"), "Meiji" ("Meiji Chelsea no uta") və "Bridgestone" ("Dokomademo iko"). 1975-ci ildə enka müğənnisi Harumi Miyakonun "Kita no yado kara" mahnısının musiqisini bəstələmişdir.

"Himitsu no Akko-chan", "Sally the Witch", "Turn A Gundam", "Science Ninja Team Gatchaman", "Time Patrol Bon", "Wolf Boy Ken", "Japanese Folklore Tales", "Dororon Enma-kun", "Angie Girl", "Asari-chan Ai no Marchen Shōjo", "Hana no Ko Lunlun", "King of Beasts Golion", "Voltus 5" və "Kick no Oni" animeləri üçün mahnılar və musiqilər bəstələmişdir. 1974–1975-ci illərdə Yaponiyada yayımlanmış "Kantaro Terauçinin ailəsi" serialındakı ata obrazını canlandırmış və aktyor kimi də tanınmışdır.

Ölümü 30 may 2021-ci ildə ürək çatışmazlığı səbəbilə Tokioda yerləşən bir xəstəxanada ölmüşdür.

İstinadlar

Xarici keçidlər Asey Kobayaşi Oricon saytında

Kateqoriya:Tokioda doğulanlar Kateqoriya:Anime bəstəkarları Kateqoriya:Yaponiya bəstəkarları Kateqoriya:Yaponiya aktyorları Kateqoriya:Yaponiyanın mahnı yazarları Kateqoriya:Reklam musiqisi