Niyaldağ — dağ zirvəsi Azərbaycanın İsmayıllı rayonunda, Böyük Qafqazın suayrıcı silsiləsinin şərqində, Girdimançay yaxınlığında yerləşir. Lahıc dağları sisteminin bir hissəsidirГаджиев В. Д. Высокогорная растительность Большого Кавказа (в пределах Азербайджана) и ее хозяйственное значение. — Б.: Элм, 1970. — С. 245.. Hündürlüyü - 2063,5 metr, (digər mənbələrə görə) - 2111 metr. Niyaldağın ətəyində Zərnava və digər kəndləri, şimali-şərqində Lahıc qəsəbəsi yerləşir.
Etimologiya İlk dəfə 10-cu əsrə aid mənbələrdə xatırlanmışdır. Güman ki, zirvənin adı İrandaAzərbaycan toponimlərinin ensiklopedik lüğəti / Redaktor R. Əliyev. — B.: Şərq-Qərb, 2007. — Т. II. — С. 135. — 304 s. — ISBN 978-9952-34-156-0. yerləşən Niyal dağına gedib çıxır. Niyaldağ adı doqquz keçid (tat dilində “ni” - doqquz və “yal” - aşırım) kimi izah olunur.
Tarixi Dağın təpəsində keçmiş ərəb mənbələrində xatırlanan qədim “Nyal” qalası var. Keçmişdə Lahıcı xarici dünya ilə birləşdirən karvan yollarından biri Niyaldağ aşırımından keçirdi. XX əsrin 20-ci illərinə qədər Niyaldağın ətəyində yerləşən, tənha ağacın altı ziyafət verilirdi. Yerli əhali onu “Yek dar” (Bir ağac) adlandırırdı. Bayram daha sonra bolşeviklərin dinə qarşı mübarizəsinin bir hissəsi olaraq məhv edilir. İstinadlar
Kateqoriya:Azərbaycanda dağ zirvələri Kateqoriya:İsmayıllı rayonunun dağları Kateqoriya:Dağ zirvəsi – ikiminliklər