Zeynəb Oduncu () — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Zeynəb Oduncu 1987-ci ildə Batman ilinin Gercüş ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini Gercüş ilçəsində alıb. Van Yüzüncü İl Universitetinin Tatvan Peşə Liseyində Kompüter Texnologiyaları və Proqramlaşdırma Bölməsindən məzun olub. Təhsilini Batman Universitetinin Sosiologiya Bölməsində davam edir.

Milli Təhsil Nazirliyində və özəl təhsil müəssisələrində çalışıb.

2014-cü ilin martında Bölgələr Partiyasından Gercüş bələdiyyəsinin həmsədri seçilib. 2016-cı ildə əvəzinə qəyyum təyin olunaraq vəzifəsindən azad edilib. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Batman ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

Kürdcə bilir.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları