Hess Corporation (2006-cı ilə qədər Amerada Hess Corporation) — xam neft və təbii qazın axtarışı və hasilatı ilə məşğul olan ABŞ qlobal enerji şirkəti. 1968-ci ildə Hess Oil and Chemical və Amerada Petroleum şirkətlərinin birləşməsi nəticəsində yaradılmışdır. Leon Hess 1960-cı illərin əvvəllərindən 1995-ci ilə qədər CEO vəzifəsində çalışmış, bundan sonra oğlu Con Hess onu sədr və baş direktor kimi əvəz etmişdir. Şirkətin rəqib neft şirkəti Chevron tərəfindən alınması ilə bağlı razılıq əldə olunub.

Baş ofisi Nyu Yorkda yerləşən şirkət Fortune 500 korporasiyalarının 2016-cı il illik reytinqində 394-cü yerdə qərarlaşıb. 2020-ci ildə Forbes Global 2000 Hess-i dünyanın 1253-cü ən böyük ictimai şirkəti olaraq sıralamışdır.

Şirkətin ABŞ (Şimali Dakota) və Liviyada sahildə, dənizdə isə ABŞ (Meksika körfəzi), Kanada, Cənubi Amerika (Qayana və Surinam) və Cənub-Şərqi Asiyada (Malayziya) kəşfiyyat və hasilat əməliyyatları var.

İstinadlar

Kateqoriya:Şərqi ABŞ iqtisadiyyatı Kateqoriya:Nyu-York şirkətləri Kateqoriya:ABŞ şirkətləri Kateqoriya:Nyu-York Fond Birjasında siyahıya alınmış şirkətlər