Corc Aslan () — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Corc Aslan 1958-ci ildə Mardin ilinin Nüseybin ilçəsində anadan olub. İbtidai və orta təhsilini Midyat ilçəsində alıb.

Bir müddət mühasib olaraq çalışıb. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra həbs edilib və 2 il hərbi həbsxanada saxlanılıb. 1984-cü ildən Niderlandda yaşayır.

Niderlandda və digər Avropa dövlətlərində Süryani/Aysorlarla bağlı olan institutların qurucusu olub. Shemsho jurnalının təsisçisi olub.

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Mardin ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

Kürdcə, süryanicə, hollandca və ərəbcə bilir. Evli və 5 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları