Həsən Basri Sönməz () — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Həsən Basri Sönməz 1974-cü ildə İsparta ilinin Yalvaç ilçəsində anadan olub. İsparta Tətbiqi Elmlər Universiteti Biznesin idarə edilməsi Bölməsindən məzun olub.

İş adamı olaraq çalışıb. Ailə peşəsi olan dəri sənayesində, həmçinin xaricdə turizm, qida və inşaat sahələrində çalışıb.

2023-cü ildə MHP namizədi olaraq İsparta ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları