Yücəl Bulut () — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.
Həyatı Yücəl Bulut 1980-ci ildə Samsun ilinin Bafra ilçəsində anadan olub. Orta təhsilini Gaziosmanpaşa Liseyində alıb. Ankara Universiteti Hüquq Bölməsindən məzun olub.
Hüquqşünas olaraq çalışıb. Ankara Vəkillər Kollegiyasının üzvü olub. Uzun illər Ortadoğu qəzetində məqalələri dərc olunub.
Uzun illərdir MHP üzvüdür. 2012-ci ildən MHP sədrinin hüquqşünasıdır. 4 noyabr 2012-ci ildə MHP İntizam Şurasının üzvü — İntizam Şurasının Katibi seçilib. 22 mart 2015-ci ildə isə MHP İntizam Şurasının üzvü — İntizam Şurasının sədr müavini vəzifəsinə seçilib.
2018 və 2023-cü illərdə MHP namizədi olaraq Tokat ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27 və 28-ci çağırışlarda TBMM Ədalət Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Evlidir.
İstinadlar
Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları